Modern.az

NATO-nun yekun bəyannaməsi imzalandı - Türkiyə öhdəlik götürdü

NATO-nun yekun bəyannaməsi imzalandı - Türkiyə öhdəlik götürdü

Dünya

Bu gün, 16:48

NATO-nun Ankarada keçirilən 36-cı Liderlər Sammitində yekun bəyannamə qəbul edilib.

Modern.az-ın məlumatına görə, bəyannamədə bildirilir ki, alyans üzvləri kollektiv müdafiə imkanlarını gücləndirmək, hərbi istehsal potensialını artırmaq və innovasiyaları sürətləndirmək məqsədilə müdafiə sənayesi ilə əməkdaşlığı daha da genişləndirmək öhdəliyi götürüblər.

Sənəddə, həmçinin NATO müttəfiqlərinin 2026-cı ildə Ukraynaya dəstək məqsədilə ümumilikdə 70 milyard avro ayırmağı öhdələrinə götürdükləri qeyd olunub.

Yekun bəyannamədə NATO-nun əsas prinsiplərindən biri olan Vaşinqton Müqaviləsinin 5-ci maddəsinə sadiqlik bir daha təsdiqlənib. Sənəddə vurğulanır ki, alyans üzvlərindən birinə qarşı həyata keçirilən hücum bütün müttəfiqlərə qarşı hücum kimi qiymətləndiriləcək və transatlantik həmrəyliyə sarsılmaz bağlılıq davam etdiriləcək.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İrana dəhşətli zərbələr - Türkiyədə nələr razılaşdırılır?