ABŞ-lə İran arasında qarşılıqlı hücumlar müharibənin dayandırılması istiqamətindəki danışıqları daha da mürəkkəbləşdirir.
Modern.az xəbər verir ki, bu barədə Avropa Birliyinin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas X sosial şəbəkəsində paylaşım edib.
O qeyd edib ki, İranın Bəhreyn və Küveytə hücumları qəbuledilməzdir:
"Memoranduma əsasən, Tehran Hörmüz boğazını yenidən gəmiçilik üçün açmağı öhdəsinə götürmüşdü. Lakin son günlər boğaz yaxınlığında gəmilərə edilən hücumlar bu öhdəliyin pozulduğunu göstərir və enerji resurslarının dünya bazarlarına tədarükünün bərpasını təhlükə altına salır".
AB rəsmisi bildirib ki, beynəlxalq gəmiçilik azadlığı maneəsiz şəkildə təmin olunmalıdır:
"Gələn bazar ertəsi Avropa İttifaqına üzv ölkələrin xarici işlər nazirləri Fars körfəzi ölkələrinin xarici işlər nazirləri ilə görüş keçirəcəklər.Görüşdə ABŞ və İran arasında əldə olunmuş razılaşmanın icrasına dəstək, Hörmüz boğazında və Qırmızı dənizdə gəmiçilik azadlığının qorunması istiqamətində birgə addımlar müzakirə olunacaq".