Türkiyədə CHP-dən 90 deputatla ayrılaraq Yeni Partiya yaradan Özgür Özəli həbs etmək istəyirlər.
Modern.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Ankara Baş Prokurorluğu ittiham aktı hazırlayıb.
Məlumata görə, Yeni Partiyanın lideri Özgür Özələ və Malatyadan deputat Vəli Ağbabaya qarşı hazırlanan və "rüşvət almaq"dan bəhs edən ittiham aktı Ədliyyə Nazirliyinə göndərib: "İttiham aktında Özəlin deputat toxunulmazlığının qaldırılması tələb olunur".
Məlumada deyilir ki, Ədliyyə Nazirliyinə təqdim edilən dosye orada incələndikdən sonra müvafiq qərarla Türkiyə Böyük Millət Məclisinə (TBMM) göndəriləcək: "Əgər parlament qərarı təsdiq edərsə, yəni, toxunulmazlıqlar qaldırılarsa, o zaman Özgür Özəl və Vəli Ağbabanın həbsi qaçılmaz olacaq".