Modern.az

47 min ukraynalının yaşadığı ölkədə qaçqınlarla bağlı qaydalar SƏRTLƏŞDİRİLİR

47 min ukraynalının yaşadığı ölkədə qaçqınlarla bağlı qaydalar SƏRTLƏŞDİRİLİR

Dünya

Bu gün, 00:14

Danimarka ukraynalı qaçqınlar üçün qaydaları sərtləşdirmək və 14 vilayətdən olan şəxslərin qəbulunu məhdudlaşdırmaq istəyir.

Modern.az ölkə mətbuatına istinadən xəbər verir ki,Danimarka hökuməti Ukraynanın qərb və mərkəzi hissəsində yerləşən 14 vilayəti nisbətən təhlükəsiz bölgə kimi tanımağı təklif edir.

Kiyev isə bu siyahıya daxil edilməyəcək. Bu regionlardan gələn şəxslər artıq avtomatik olaraq müdafiəyə ehtiyacı olan şəxslər hesab edilməyəcəklər. Həmçinin sosial müavinət alan ukraynalıların işləməyə məcbur edilməsi və hazırkı təhsil qaydalarının yenidən nəzərdən keçirilməsi planlaşdırılır.

Hakimiyyət bu dəyişiklikləri bələdiyyələrə düşən yükün artması ilə izah edir. Hazırda Danimarkada təxminən 47,6 min ukraynalı yaşayır.

 

Sizə yeni x var
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!