İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi qonşu ölkələri ABŞ-la iqtisadi müharibədə iştirak etməməyə çağırıb.
Modern.az xəbər verir ki, bu barədə Möhsün Rzayi İran televiziyasına müsahibəsində danışıb.
“Qonşu ölkələri ABŞ-la iqtisadi müharibədə iştirak etməməyə çağırırıq. Əks halda, onlara zərbə endirəcəyik. Biz müharibənin genişlənməsini istəmirik. Lakin İranla qonşu olan ölkələr ABŞ-ın iqtisadi müharibəsinə qoşularsa, onların maraqlarına zərər vuracağıq" - Rzayi qeyd edib.
Onun sözlərinə görə, İranın qonşu ölkələri amerikalılarla iqtisadi müharibəyə qoşularsa, Fars körfəzi və Hörmüz boğazından bir damcı belə neft çıxmayacaq: "Fars körfəzindən neft ixracının digər marşrutları da zərbələrin hədəfinə çevriləcək".