Modern.az

“Kəpəz” - “Qəbələ” oyunundakı insidentə görə 3 nəfər SAXLANILDI

“Kəpəz” - “Qəbələ” oyunundakı insidentə görə 3 nəfər SAXLANILDI

Hadisə

9 May 2024, 16:08

Mayın 8-də futbol üzrə Azərbaycan U-16 Liqasının hesabat turunda keçirilən “Kəpəz” - “Qəbələ” matçında baş vermiş insidentlə bağlı Gəncə Şəhər Baş Polis İdarəsində müvafiq araşdırmalar başlanıb.

 

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov Modern.az-a bildirib ki, əməli törətməkdə şübhəli bilinənlər— şəhər sakinləri B. Əhmədov, S. Qasımov və R. Əhmədov saxlanılıb. Şübhəli şəxslər barəsində araşdırmalar davam etdirilir. Araşdırmaların nəticəsindən asılı olaraq onların əməllərinə hüquqi qiymət veriləcək.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranda yenə müharibə başladı - Gəmilər bombardman edilir - Xəbəriniz Var? - Media Turk TV