Modern.az

Bərdədə qohumunu bıçaqlayan 33 yaşlı kişi TUTULDU

Bərdədə qohumunu bıçaqlayan 33 yaşlı kişi TUTULDU

Hadisə

10 May 2024, 14:42

Qəsdən adam öldürməyə cəhd faktı ilə bağlı cinayət işi başlanıb.

 

Bərdə rayon prokurorluğundan Modern.az-a verilən məlumata görə, mayın 10-u saat 11 radələrində Bərdə rayon sakini 1997-ci il təvəllüdlü Zəminə Məmmədovaya xəsarətlər yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

 

Araşdırma zamanı 1991-ci il təvəllüdlü Səbuhi Vəliyevin şəhərin Ü.Hacıbəyov küçəsi ərazisində bıçaqla xəsarət yetirərək qohumu Zəminə Məmmədovanı qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Faktla bağlı Bərdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsilə cinayət işi başlanıb. Səbuhi Vəliyev iş üzrə şübhəli şəxs qismində tutulub.

 

Hazırda cinayət işi üzrə ibtidai istintaq davam edir.

Sizə yeni x var
Keçid et
Ukrayna aman vermir - Rusiya yenə bombalanır