Modern.az

Zabratda marketin reklam lövhəsini dəyişdirən 2 nəfəri "tok" vurub öldürdü 

Zabratda marketin reklam lövhəsini dəyişdirən 2 nəfəri "tok" vurub öldürdü 

Hadisə

29 May 2025, 10:54

Mayın 27-si Bakıda iki nəfəri elektrik cərəyanı vuraraq öldürüb.

Modern.az xəbər verir ki, hadisə Sabunçu rayonu Zabrat qəsəbəsi Şəhər şossesindəki marketin qarşısında baş verib.

Belə ki, marketin reklam lövhəsini dəyişdirən Naxçıvan MR sakini 44 yaşlı Ayxan Əsgərov və Gəncə şəhər sakini 24 yaşlı Elvin Zeynalovu elektrik cərəyanı vuraraq öldürüb.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır. ("Qafqazinfo")

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?