Modern.az

Paşinyan metrodan keçə bilmədi: “Bu, tanışlığa görədir?” - VİDEO

Paşinyan metrodan keçə bilmədi: “Bu, tanışlığa görədir?” - VİDEO

Hadisə

Bu gün, 12:55

Ermənistanın Baş naziri Nikol Paşinyan metroda maraqlı vəziyyətlə üzləşib.

Modern.az "Sputnik Armenia"a istinadən xəbər verir ki, seçicilərlə növbəti görüşə tələsən Paşinyan metroya daxil olarkən bank kartı ilə ödəniş etmək istəyib. O, kartını iki dəfə validatora yaxınlaşdırsa da, sistem işləməyib.

Paşinyan baş verənlərin səbəbini soruşduğu anda İrəvan meri Tiqran Avinyan mobil telefonunu terminala yaxınlaşdıraraq onun metrodan keçməsinə kömək edib.

Bundan sonra Paşinyan zarafatla “Bu, tanışlığa görədir?” deyə sual verib.

Hadisənin görüntüləri sosial şəbəkələrdə geniş yayılıb.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV