Modern.az

“ZİL” minik maşını ilə toqquşdu: xəsarət alanlar var 

“ZİL” minik maşını ilə toqquşdu: xəsarət alanlar var 

Hadisə

4 İyun 2026, 14:20

Cəlilabadda yol qəzası baş verib.

Modern.az xəbər verir ki, hadisə köhnə Ələt-Astara magistralında, Cəlilabad rayonunun Alar kəndinin girəcəyində qeydə alınıb.

Biləsuvar rayonu istiqamətində hərəkətdə olan "Kia" markalı minik avtomobili qarşıdan gedən "Zil" markalı yük avtomobilinə çırpılıb. Qəza nəticəsində "Zil" yol kənarına aşıb.

İlkin məlumata görə, bir neçə nəfər xəsarət alaraq rayon xəstəxanasına hospitalizasiya olunub.

"Kia"da olanların toya getdikləri bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin Krımı Donbasla əvəzləyəcək - Rusiyayla bağlı DƏHŞƏTLİ İDDİA