Modern.az

Gəncədə evdən yeniyetmə qızın meyiti tapılıb

Gəncədə evdən yeniyetmə qızın meyiti tapılıb

Hadisə

12 Avqust 2026, 01:42

Gəncədə evdən meyit tapılıb.

Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Üzeyir Hacıbəyli küçəsində qeydə alınıb.

Belə ki, sözügedən küçədə yerləşən evlərdən birində 2009-cu il təvəllüdlü A.Qasımovanın meyiti aşkarlanıb.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub. Meyit müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Gəncə şəhər şöbəsinə təhvil verilib.

Ölümün səbəbləri araşdırılır.

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sabiq deputatla bloqer arasında dava - Canlıda ittihamlara cavab