Modern.az

"Qalatasaray" baş məşqçisi ilə 4 illik müqavilə imzalayacaq

İdman

1 İyun 2023, 15:18

Türkiyənin "Qalatasaray" klubu baş məşqçisi Okan Burukun müqaviləsinin müddətini uzadıb.

 

Modern.az "Milliyet"ə istinadən xəbər verir ki, 50 yaşlı mütəxəssisin yeni sözləşməsi dörd illik olacaq.

 

"Sarı-qırmızılar" Okan Burukun məvacibini də artıracaq.

 

Qeyd edək ki, baş məşqçinin müqaviləsi yayda başa çatmalıdır. O, cari mövsümdə İstanbul təmsilçisi ilə Türkiyə Super Liqasının qızıl medallarını təmin edib.

Sizə yeni x var
Keçid et
İsrail qırıcıları İrana GİRİR - Şiddətli BOMBALANMA...