Modern.az

Transseksuallar qadın şahmat turnirinə buraxılmayacaq

Transseksuallar qadın şahmat turnirinə buraxılmayacaq

İdman

17 Avqust 2023, 08:17

Beynəlxalq Şahmat Federasiyası (FIDE) transseksualların (cinsini kişidən qadına dəyişəndirən) qadınların rəsmi turnirlərində iştirakına qadağa tətbiq edib.

 

Modern.az xəbər verir ki, bu barədə federasiyanın rəsmi saytında məlumat yayılıb.

 

Bildirilir ki, transseksual qadınların açıq turnirlərdə iştirakına icazə verilir. Onların bütün keçmiş titulları qüvvədə qalacaq. 

 

Cinsini qadından kişiyə dəyişdirən şahmatçılar isə qadın turnirlərində qazandıqları titulları itiriləcək.

 

Cinsi dəyişdirənlərin reytinqi eyni qalacaq. Yeni qaydalar avqustun 21-dən qüvvəyə minəcək. 

 

Qərar transseksual şahmatçıların etirazına səbəb olub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukrayna aman vermir - Rusiya yenə bombalanır