Modern.az

"Qarabağ" - "Hakken" oyununa 18700 bilet satılıb

İdman

11 Dekabr 2023, 17:56

UEFA Avropa Liqasının qrup mərhələsinin VI turunda Bakıda "Qarabağ" və İsveçin "Hekken" komandaları arasında keçiriləcək oyun üçün satılmış biletlərin sayı açıqlanıb.

 

Ağdam klubunun mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək matça indiyədək 18700 bilet satılıb.

 

Biletlərinin qiyməti müvafiq olaraq 5, 20, 40 və 100 manat təşkil edir.

 

Qeyd edək ki, dekabrın 14-də oynanılacaq “Qarabağ” – “Hekken” görüşü saat 21:45-də başlayacaq.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV