Modern.az

"Qarabağ"ın "Tvente" ilə oyununun biletləri satışda 

"Qarabağ"ın "Tvente" ilə oyununun biletləri satışda 

İdman

Bu gün, 22:15

UEFA Konfrans Liqasının pley-off mərhələsinin "Qarabağ" - "Tvente" (Niderland) oyununun biletləri satışa çıxarılıb.

Bu barədə Modern.az-a Azərbaycan təmsilçisindən məlumat verilib.

Standart biletlərin qiymətləri 5, 10, 15 və 20 manatdır.

VİP sektorlarda 50, 75 və 100, VVİP sektorda 150 manatlıq biletlər mövcuddur.

Biletləri yalnız iTicket.az-ın rəsmi saytı və mobil tətbiqi vasitəsilə əldə etmək mümkündür.

Qeyd edək ki, oyun avqustun 27-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Komandalar arasındakı ilk matç avqustun 20-də baş tutacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya Xəzərdə hərəkətə keçdi - Nə baş verir?