Modern.az

Sığorta tarifləri ilə bağlı yenilik - AÇIQLAMA

Sığorta tarifləri ilə bağlı yenilik - AÇIQLAMA

İqtisadiyyat

Bu gün, 15:43

Zərərlilik əmsalı üzrə hesablamalar yalnız qeyri-həyat sığorta növləri üçün aparılıb və təqdim olunan məlumatlar da məhz bu seqmenti əhatə edir. 

Modern.az xəbər verir ki, bu fikirləri 2025-ci il üzrə "Maliyyə sabitliyi hesabatı"nın təqdimatına dair mətbuat konfransında Mərkəzi Bankın Baş direktoru Şahin Mahmudov deyib. 

Qurum rəsmisinin sözlərinə görə, orta göstərici təxminən 55 faiz təşkil edir.

“Ən böyük artım avtomobillərin icbari sığortası üzrə qeydə alınıb. Bu artım, xüsusilə taksi fəaliyyəti ilə bağlı edilən dəyişikliklərlə əlaqələndirilir və qeyd olunduğu kimi, tətbiq edilən artım 50 faiz səviyyəsindədir. Sərt əmsal da məhz bu həddə müəyyənləşdirilib və illik artım 50 faiz təşkil edir. Bildiririk ki, bu dəyişikliklərin ödənişlərə birbaşa təsiri yoxdur”.

Ş.Mahmudov həmçinin vurğulayıb ki, əslində ödənişlərin artması zərərliyin yüksəlməsinə səbəb olur və nəticədə taksi xidmətləri üzrə risklər artır:

“Bu isə sığorta tariflərinin yüksəldilməsini şərtləndirir. Digər nəqliyyat vasitələrinə isə bu dəyişikliklər təsir etmir.

Daşınmaz əmlak anlayışı ilə bağlı yeni layihə variantı artıq ictimaiyyətə təqdim edilib. Layihənin əsas məqsədi katastrofik risklərin daha dəqiq qiymətləndirilməsi, eləcə də dövlət büdcəsinə düşə biləcək potensial risk və xərclərin azaldılmasıdır”, - deyə o qeyd edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Netanyahu həddini aşdı: Ərdoğana ağır sözlər dedi