Modern.az

Hesablama Palatası 1,5 milyard manatdan çox nöqsan aşkarlayıb

Hesablama Palatası 1,5 milyard manatdan çox nöqsan aşkarlayıb

İqtisadiyyat

21 Aprel 2026, 13:18

Hesablama Palatasının 2025-ci ildə keçirdiyi nəzarət tədbirləri nəticəsində 1 milyard 554 milyon manatlıq nöqsan aşkarlanıb.

Modern.az xəbər verir ki, məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən  "Hesablama Palatasının 2025-ci ildə fəaliyyəti haqqında hesabat"da bildirilib.

Qeyd edilib ki, aşkarlanmış nöqsanların 584,8 milyon manatı uyğunsuzluqlar, 626,3 milyon manatı maliyyə təhrifləri, 342,9 milyon manatı isə səmərəsiz xərclərdən ibarət olub.

Büdcəyə hesablanmış zərərin 101,5 milyon manatı üzrə vəsaitin bərpası təmin edilib, 40,2 milyon manatlıq materiallar isə hüquqi qiymət verilməsi üçün prokurorluq orqanlarına göndərilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?