Modern.az

Maliyyə icarəsi şirkətləri ciddi nəzarətə götürüləcək

Maliyyə icarəsi şirkətləri ciddi nəzarətə götürüləcək

İqtisadiyyat

Bu gün, 14:44

"Maliyyə icarəsi şirkətləri gələcəkdə çox ciddi reqlamentləşdirilən, Mərkəzi Bank tərəfindən tənzimlənən, nəzarət olunan fəaliyyət sahəsi olacaq. 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən “Maliyyə icarəsi haqqında” yeni qanun layihəsinin müzakirəsi zamanı komitə sədri Azər Əmiraslanov deyib.

Deputat bildirib ki, Mərkəzi Bank sahibkarlar üçün bank kreditlərini mərkəzləşmiş kredit resursları və monetar siyasət vasitəsilə təqdim edir. Bu gün həm də sahibkarların özünün kredit təminatı ilə bağlı bir sıra problemlər var: 

"Bunun əsas səbəblərindən biri girov təminatı ilə bağlıdır. Maliyyə icarəsinin bir üstünlüyü də ondan ibarətdir ki, burada girov təminatı tələb olunmur. Sadəcə olaraq maliyyə lizinqində obyektin özü girov kimi çıxış edir. Bu mənada qeyd edirik ki, maliyyə icarəsi alternativ maliyyələşmə mexanizmi kimi çıxış edir".

Sizə yeni x var
Keçid et
Rusiya BOMBARDMANÇILARI havaya qalxdı - Bu ölkələrə hücum!