Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ötən ilin fevral ayında cənab Prezident İlham Əliyevin Fərmanı ilə Azərbaycan Dəmir Yollarına birləşdirildi. Bu birləşmə həm qərarların daha sürətli verilməsinə, həm də resurslardan daha səmərəli istifadəyə imkan yaratmış oldu.
Modern.az xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” (ADY) Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri Rövşən Rüstəmov REAL Televiziyasına və AZƏRTAC-a müsahibəsində bildirib.
Qurum sədri 2025-ci ilin göstəricilərinə görə limanın birləşmədən sonra verdiyi effekt rəqəmlərlə diqqətə çatdırıb.
"Bilirsiniz ki, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının buraxılış gücü 15 milyon ton və 100 min TEU konteyner aşırma idi. Ötən il birləşmədən sonra əməliyyat səmərəliliyi ilə bağlı apardığımız layihələr bizə limanın aşırma gücünü 100 mindən 150 TEU-ya artırmağa imkan verdi. Apardığımız bu uğurlu birləşmə prosesinin yekununda ötən il liman tarixdə ilk dəfə olaraq 107 min TEU konteyner aşırmaqla bir daha 100 min TEU texniki göstəricilərindən daha da artığını yerinə yetirə biləcəyini sübut etdi".