Modern.az

Komitə sədrindən çağırış - Bayramla bağlı fətvaya əməl edin

Komitə sədrindən çağırış - Bayramla bağlı fətvaya əməl edin

Mədəniyyət

21 İyun 2023, 13:50

Qurban bayramı ilə bağlı Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurasının verdiyi fətva ilə bayram namazı və digər məsələlər elan ediləcək.

 

Modern.az-ın məlumatına görə, bunu bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı jurnalistlərə açıqlamasında deyib.

 

“İnanıram ki, QMİ-nin verdiyi bu fətvaya bütün məscidlərdə bütün imamlar tərəfindən əməl olunacaq. Bu istiqamətdə Dini Komitə üzərinə düşən vəzifələri lazımı səviyyədə yerinə yetirəcək”, - Dövlət Komitəsinin sədri qeyd edib.

 

Qeyd edək ki, Azərbaycanda Qurban bayramı 28, 29 iyunda qeyd ediləcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Müharibə BAŞLADI - İranla ABŞ bir-birinə ağır zərbələr endirir - Xəbəriniz var? - Media Turk TV