Modern.az

Vaqif Poeziya Günlərində Xaqani Şirvani yad edildi - FOTO

Vaqif Poeziya Günlərində Xaqani Şirvani yad edildi - FOTO

Mədəniyyət

Bu gün, 15:02

Vaqif Poeziya Günləri çərçivəsində Şuşada böyük Azərbaycan şairi Xaqani Şirvaninin (1126–1199) 900 illik yubileyinə həsr olunan "Sözün Xaqanı – Xəlqaniyəm, Xəlqani" mövzusunda elmi konfrans keçirilib.

Modern.az xəbər verir ki, tədbir iyulun 17-də Şuşadakı Mehmandarovların malikanə kompleksində Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və Azərbaycan Yazıçılar Birliyinin (AYB) birgə təşkilatçılığı ilə baş tutub.

Konfransın moderatoru, yazıçı-dramaturq, AYB-nin katibi İlqar Fəhmi tədbirin əhəmiyyətindən danışaraq bildirib ki, Qarabağın işğaldan azad edilməsindən sonra Vaqif Poeziya Günləri yenidən öz doğma ünvanında keçirilir. Onun sözlərinə görə, builki proqram müxtəlif mövzuları əhatə edən tədbirlərlə zəngindir və yubileyləri qeyd olunan görkəmli söz və sənət adamlarının xatirəsinə həsr edilən silsilə tədbirlər təşkil olunur.

Konfransda AMEA-nın əməkdaşları Xaqani Şirvaninin zəngin ədəbi irsi, yaradıcılığının Şərq poeziyasında tutduğu mühüm yer və Azərbaycan ədəbiyyatına verdiyi töhfələr barədə məruzələrlə çıxış ediblər.

Qeyd edək ki, tədbir Vaqif Poeziya Günlərinin proqramı çərçivəsində təşkil olunan yubiley tədbirlərindən biridir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin onu İrandan çıxarmağa çalışır: Tehrana gedən sirli təyyarə