Modern.az

Azər Xəlilov ATV-dəki yeni təyinatları təsdiqləmir  

Azər Xəlilov ATV-dəki yeni təyinatları təsdiqləmir   

Media

27 Sentyabr 2017, 16:44

"Azad Azərbaycan” Müstəqil Teleradio Kompaniyasında (ATV) bir neçə posta yeni təyinatlar olduğu bildirilir.

Yayılan məlumatlara görə, Xəbərlər Departamentinin rəhbəri Vaqif Aydınoğlu kanalın vitse-prezidenti təyin olunub. Digər məlumata görə, İctimai-siyasi verilişlər departamenti isə müvəqqəti olaraq Ceyhun Əliyə tapşırılıb.

 

"Azad Azərbaycan” Müstəqil Teleradio Kompaniyasının (ATV) yeni prezidenti Azər Xəlilov Modern.az-a yeni təyinatlar barədə yazılan məlumatların həqiqətə uyğun olmadığını bildirib:

 

“Heç bir təyinat yoxdur. Ümumiyyətlə, belə bir təyinat nəzərdə tutulmayıb. Bu barədə yazılanlar həqiqətə uyğun deyil”.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyə Fələstin xəyanətinə niyə susdu? Putin türk dünyasına gətirilir