Arxiv
14 Aprel 2016, 17:03 |
İnsanlar niyə Bakıdan kəndə qayıdır?

1990-cı illərdən sonra Azərbaycanın kənd yerlərində məskunlaşan insanların bir qismi paytaxt Bakıya axın etməyə başlamışdı. Rayonlarda fabrik və  zavodların sıradan çıxması böyük işçi ordusunun yeni işlə təmin olunmasına şərait yaratmışdı ki, bu da şəhərə üz tutmaqla yekunlaşmışdı. Yavaş-yavaş kənd insanlarının şəhər mühitinə alışması onları paytaxın daimi sakininə çevirməklə yekunlaşdı.

Amma son vaxtlar bir sıra səbəblərdən kəndlərə tarixi qayıdış özünü göstərməkdədir. Bunun konkret səbəbləri nədir? İnsanların kəndə qayıdışında iqtisadi durum nə dərəcədə rol oynayır?

Sosioloq Əhməd Qəşəmoğlu Modern.az-a açıqlamasında əhali arasında kəndə dönənlərin  çoxaldığını vurğulayıb.

O bunun səbəbləri barədə də söz açıb.

 

- indiki vaxtda artıq Bakı şəhərində sərfəli iş yerlərinin, qazanc mənbələrinin əvvəlkilərə nisbətən azalması;

- torpaq sahəsi almağın çətinliyi;

- kirayə haqlarının yüksək olması;

- indi kənd yerlərində sosial problemlərin bir çoxunun uğurla həll olunması, abadlıq işlərinin aparılması;

- son vaxtlar məmurların, mütəxəssislərin əhalini kənd yerlərinə qayıtmağa həvəsləndirməsi, onları kənd yerlərində işlə təmin olunmağa ümidləndirməsi;

-şəhər, Bakı haqqındakı romantik əhval – ruhiyyənin, eyforiyanın aradan çıxması və s”.

Sosioloq təəssüflə  lazımi sosioloji araşdırmaların  aparılmadığını da vurğulayıb.

“Aparılan araşdırmalar  bəzən qrant xatirinə, formal olur. Əslində indi bu sahədə olduqca ciddi sosioloji araşdırmalar aparılmalı, uyğun qurumlar üçün ciddi təhlillər, proqnozlar əsasında elmi tövsiyələr hazırlanmalıdır. İndiki dövr elmi idarəetmə dövrüdür. Bu qədər mühüm bir prosesi idarə etməyə ehtiyac var. Bu isə ciddi elmi təhlilsiz mümkün deyil”.

Son illərin bayram tətili statistikasına nəzər salanda maraqlı bir məqam diqqət çəkir. İnsanların bir çoxu xüsusi günlərdə  xarici ölkələrə yox, kənd yerlərinə üz tutur. Əhməd Qəşəmoğlu bunun təqdirəlayiq hal olduğunu desə də, əsl səbəbləri də dilə gətirib. 


Amma mən diqqətinizi başqa bir məsələyə yönəltmək istəyirəm. Bəli, indi əhalinin bir hissəsi kəndə qayıtmaqdadır. Onlar oraya müəyyən ümidlə qayıdır. Ona görə də təcili şəkildə kənd yerlərində iş yerlərinin yaranması üçün lazımi, kompleks tədbirlər görülməlidir. Bir vaxt kənd yerlərində pay torpaqları uğursuz bir metodla bölünüb. Eyni zamanda bir çox torpaq sahələri var ki, onlar imkanlı adamlar tərəfindən özəlləşdirilib və indi istifadəsiz haldadır.

Sanki həbsdədir. Tezliklə, bayaq dediyimiz elmi əsaslarla bu torpaqların hərəkətə gəlməsi mexanizmini yaratmaq lazımdır. Kəndli üçün bütün şərait yaratmaq lazımdır ki, o ancaq kənd təsərrüfatı məhsulunun istehsalı ilə məşğul olsun.

Daha müxtəlif yollarla kredit, texnika, satış şəbəkələri axtarmasın. Bu infrastrukturlar elə yaradılmalıdır ki, kəndli məhsul istehsal etsin və bununla öz güzəranını təmin etsin.

Hətta kredit faizsiz verilsə belə, yaranan məhsul bolluğundan düzgün istifadə etməklə dövlət qat-qat artıq qazanmış olar, nəinki kredit faizlərindən əldə olunan gəlirlə. Bu sahədə ciddi fəaliyyətə, elmi əsaslarla fəaliyyətə böyük ehtiyac vardır”.

 

 
BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
İranda yenə zəlzələ oldu 25 Fevral 2020, 16:38 “Dünən şəhid olan İbrahim qardaşımıza Allahdan rəhmət diləyirəm” - Ərdoğan 25 Fevral 2020, 16:30 Baş həkim işdən ÇIXARILDI 25 Fevral 2020, 16:22 Türkiyə parlamentindən Xocalı faciəsi ilə bağlı ÇAĞIRIŞ 25 Fevral 2020, 16:14 İranın səhiyyə nazirinin müavini koronavirusa YOLUXDU - VİDEO 25 Fevral 2020, 15:58 Güclü külək Goranboyda fəsadlar törətdi 25 Fevral 2020, 15:54 Qadının boyunbağısını oğurlayan şəxslər saxlanıldı 25 Fevral 2020, 15:36 Türkiyə İrandan vətəndaşlarının təxliyəsinə başladı 25 Fevral 2020, 15:31 Hüsnü Mübarək vəfat etdi 25 Fevral 2020, 15:16 İlham Əliyev Ərdoğanla görüşdü 25 Fevral 2020, 15:14 BMU-da Xocalı faciəsinə həsr olunan anım tədbiri - FOTOLAR 25 Fevral 2020, 15:10 Qorxmaz Hüseynov Şabranda 69 nəfəri qəbul etdi 25 Fevral 2020, 15:08 Əbdürrəhim bəy Haqverdiyevin 150 illik yubileyi Özbəkistanda da qeyd olunacaq 25 Fevral 2020, 15:04 “Koronavirus davam edərsə, manatın devalvasiyası qaçılmaz olacaq” - PROQNOZ 25 Fevral 2020, 14:56 Kurikulum və Boloniya sistemləri nə dərəcədə faydalıdır? 25 Fevral 2020, 14:55 Dənizdə dalğanın hündürlüyü 3 metrə çatdı - Faktiki hava 25 Fevral 2020, 14:45 İrandan gələn daha 4 nəfər Kliniki Tibbi Mərkəzə yerləşdirildi 25 Fevral 2020, 14:34 Xocalı soyqırımı bütün Türk dünyasının faciəsidir 25 Fevral 2020, 14:27 İlham Əliyev Türkiyə Prezidentini qarşıladı 25 Fevral 2020, 14:20 “Azəriqaz”ın vəzifəli şəxsi işdən çıxarıldı 25 Fevral 2020, 14:17 Əhəd Abıyev Zəylik sakinlərinin problemini dinlədi - FOTOLAR 25 Fevral 2020, 14:11 İranla sərhəddə səyyar hospital xidmətə başladı - Koronavirusa görə 25 Fevral 2020, 14:10 Soyqırımı törədənlərin siyahısında Sarkisyan, Koçaryan və Ohanyanın adı yoxdur - PARADOKS 25 Fevral 2020, 14:03 Sərhədçinin qətlə yetirilməsi cinayətdir - XİN-dən bəyanat 25 Fevral 2020, 13:48 İcra başçısı Qarabağ əlilinin əməliyyatı ilə bağlı tapşırıq verdi 25 Fevral 2020, 13:35 Maskalar 1 manata satılır, Nazirlik isə araşdırma aparıldığını deyir 25 Fevral 2020, 13:28 Azərbaycanda yeni siyasi partiyaya ehtiyac var – GƏNCLƏR GƏLİR 25 Fevral 2020, 13:24 İcra başçılarını qorxudan gizli kameraların yeri - Onlar pultla idarə edilir 25 Fevral 2020, 13:17 Antarktidada qırmızı qar yağdı 25 Fevral 2020, 13:05 Əbülfəs Qarayev Masallıda vətəndaşlarla görüşdü 25 Fevral 2020, 13:02 DİN polisin qətli ilə bağlı məlumat YAYDI 25 Fevral 2020, 12:57 Sabahın HAVA PROQNOZU - duman, çiskin, külək, qar 25 Fevral 2020, 12:54 “Azərişıq” gücləndirilmiş iş rejiminə keçdi 25 Fevral 2020, 12:48 Bu gün su çərşənbəsidir - İNANCLAR   25 Fevral 2020, 12:39 Səhiyyə Nazirliyi əhaliyə müraciət etdi - koronavirusa görə 25 Fevral 2020, 12:36