Modern.az

Hacıbala Abutalıbov - onda, elə indi də... - VİDEO

Hacıbala Abutalıbov - onda, elə indi də... - VİDEO

11 May 2016, 22:42

Həmişə fəxr etmişəm ki, atam Heydər Əliyevlə dost olub. Bunu lovğalanmaq kimi də qiymətləndirmək olar. Bu dostluğun şahidləri çoxdur. Bu dostluq artıq, tarixə  çevrilir. Tarixi də  yazarlar ki, gələcək nəsillərə yadigar qalsın. Mən də son 5 ildə atamla Heydər Əliyevin dostluğundan, görüşlərindən müxtəlif  yazılar yazdım. Yəqin ki, maraqla qarşılandı. Bəzən  isə “yox, ay Mahir, deyəsən özündən uydurursan axı?” deyənlər də tapıldı. Bu təbiidir. Çünki insanlar daha çox eşitdiklərinə yox, gördüklərinə inanırlar. Atalar sözü olan “Yüz eşitməkdənsə, bir dəfə görmək yaxşıdır” ifadəsi də bu fikrimi təsdiqləyir.

İki il qabaq ailə arxivini səliqəyə salanda, 1997-ci və 2001-ci illərdə çəkilən iki videonu ictimailəşdirməyə qərar verdim. Böyük Heydər Əliyevlə Qabil arasında olan söhbəti, zarafatları əks etdirən bu iki videomaterial böyük rezonans doğurdu. Saytlarda, sosial şəbəkələrdə geniş yayıldı. Bu videolara baxanlar üçün artıq, mənim yazılarım ikinci plana keçdi. 


Atam professor Hacıbala Abutalıbovla da dost idi. Xətrini çox istəyirdi. Mən də bir telejurnalist kimi onun Suraxanı rayon və  Bakı şəhər İcra Hakimiyyətlərinin başçısı kimi fəaliyyətini yaxından izləmişdim. Mən onun müasiriyəm.

Şahidi olduğum əhvalatları  ara-sıra  qələmə alıb çap etdirməyə başladım. Hardasa 7 məqalə-xatirə olar. Bu yazıların içində “Heydər Əliyevə sədaqətdə Hacıbala Abutalıbov etalonu” adlı məqaləm xüsusilə seçilirdi. Bu sədaqətin isə sadə bir izahı vardı: “Hacıbala Abutalıbov əvvəldən Əliyevçi olub, indi də Əlievçidir”. Yaxud da “indi Əliyevçiyəm deməyə nə var ki? Hünərin vardı,  90-cı illərin əvvəllərində Əliyev kəlməsini dilinə gətirib, onu açıqca müdafiə edəydin. Hacıbala Abutalıbov kimi”. Mən bunu yazmışdım.  Mən bunu göydən yazmamışdım. Mən bunu görüb yazmışdım. Canlı şahid kimi yazmışdım.

Bu yazılarımı təbii qəbul edənlər, səmimiyyətimə inananlar çox olmuşdu. “Mahir, tərifin barıtını çox etmisən”, “yəqin nə isə umacağı var, ona görə yazır”, yaxud da “Mahirə bunu sifariş verib yazdırırlar” deyənlər də az deyildi.  Bu mənfi fikirli insanlara isə belə cavab verirdim: “Layiqdir. Ona görə yazmışam. Çünki Hacıbala müəllim bütöv, sədaqətli, ürəyi ilə dili arasında uçurum olmayan adamdır. 80-90-cı illərdə necəydisə, indi də elədir. İngilis bayrağı kimi hər gün bir tərəfə əsənlərdən deil”. Bunu deyirdim. Bəs sübut? Yuxarıda qeyd etdiyim kimi, insanlar eşitdiklərinə yox, daha çox gördüklərinə inanırlar. Yaxud da “Yüz eşitməkdənsə, bir dəfə görmək yaxşıdır”. 

Bu yaxınlarda Youtube-da bir videoya rast gəldim. İstədiyimi tapmışdım. Daha mənim yazdıqlarımın sözlə isbatına ehtiyac yox idi. Bu mənim ilk tanıdığım və bu gün də simasını dəyişməyən Hacıbala Abutalıbov idi. Baxın, siz də şahidi olun.

Lap yadımdan çıxmışdı. Hacıbala müəllim, 72 yaşınız mübarək!

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır