Modern.az

Bakıda mənzildən külli-miqdarda pul oğurlayan Masallı sakini SAXLANILDI

Bakıda mənzildən külli-miqdarda pul oğurlayan Masallı sakini SAXLANILDI

25 İyun 2016, 12:07

Bakıdakı mənzillərdən birindən külli-miqdarda pul oğurlayan Masallı sakini saxlanılıb.

 

Bu haqda Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az saytına verilən məlumatda bildirilib.

 

Məlumata görə, Qaradağ RPİ 10-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Masallı rayon sakini Səlim Ağayev tutulub.

 

Onun aprelin 6-da Bakı şəhər sakini Samir İbrahimova məxsus evdən 40.000 ABŞ dolları və 6156 manat pul oğurladığı müəyyən olunub.

 

Gülşən RAUFQIZI

Sizə yeni x var
Keçid et
Pezeşkiandan TƏCİLİ xəbərdarlıq - Tehrandan çıxın!