Modern.az

Bakıda ticarət obyektində yanğın olub

Bakıda ticarət obyektində yanğın olub

Aktual

25 İyun 2016, 12:24

Bakı şəhərində ticarət obyektində yanğın baş verib.

 

Bu haqda Fövqaladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən Modern.az saytına verilən məlumatda bildirilib.

 

Qeyd edilib ki, hadisə Xəzər rayonunda ümumi sahəsi 520 kv.m olan bir dam altında yerləşən 13 ədəd ticarət obyektlərində baş verib.

 

Vətəndaşa məxsus ümumi sahəsi 64 kv.m olan mağazanın yanar konstruksiyaları 50 kv.m sahədə yanıb.

 

Yüksək temperaturdan bitişik mağazanın lambirdən ibarət tavanı 20 kv.m sahədə əriyib. Digər mağazalar yanğından mühafizə olunub.

 

Yanğın saat 02:19-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

 

Gülşən RAUFQIZI

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı