Arxiv
25 İyun 2016, 12:59 | AKTUAL
Leyla Əliyeva FAO-nun Azərbaycan Ofisinin rəhbəri ilə görüşüb - FOTO

İyunun 24-də Heydər Əliyev Fondunun vitse-prezidenti, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməramlı səfiri, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva FAO-nun Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri Mələk Çakmak ilə görüşüb. 

 

Görüşdə FAO-nun Azərbaycandakı fəaliyyəti, IDEA və FAO arasında əməkdaşlıq, qabaqcıl beynəlxalq təcrübənin ölkəmizdə tətbiqi, regional və beynəlxalq layihələrdə iştirak və digər məsələlər müzakirə olunub.

 

M.Çakmak rəhbərlik etdiyi ofis tərəfindən Azərbaycanda həyata keçirilən layihə və proqramlar barədə məlumat verib, FAO-nun gələcək planlarından danışıb.

 

O, Azərbaycanda son dövrlərdə müşahidə olunan iqtisadi inkişafın ölkədə ərzaq təhlükəsizliyinin təmin edilməsinə də müsbət təsir göstərdiyini bildirib.

Qeyd olunub ki, Azərbaycan aclıq və qida çatışmazlığı problemini yaşamayan nadir dövlətlər sırasındadır.

 

Leyla Əliyeva FAO tərəfindən həyata keçirilən proqram və layihələrdə ekoloji təmiz və ətraf mühitə həssas yanaşmanın təşviq edilməsinin təşəbbüslərin davamlılığı baxımından əhəmiyyət kəsb etdiyini bildirib.

 

Qeyd edib ki, bu xüsusda, “yaşıl texnologiya”nın tətbiqini təbliğ etmək, yerli mütəxəssislər və fermerlər üçün xüsusi təlimlər təşkil etmək zəruridir.

 

Leyla Əliyeva, həmçinin layihələrin uğurunu tam təmin etmək üçün dövlət qurumları ilə yanaşı, vətəndaş cəmiyyəti nümayəndələrinin və yerli icmaların da layihələrdə iştirakını təklif edib.

 

Görüş zamanı, həmçinin Mədəniyyətlərarası Dialoq üzrə Bakı Prosesi çərçivəsində ərzaq təhlükəsizliyinin qlobal müstəvidə təşviqi məsələsi müzakirə edilib.

 

FAO və BMT-nin Sivilizasiyalar Alyansı (UNAOC) arasında 2013-cü ildə imzalanmış Anlaşma Memorandumunda bu məsələ bilavasitə əks olunub.

 

Leyla Əliyeva UNAOC və FAO arasında əməkdaşlığ dəstəklədiyini və FAO-nun xoşməramlı səfiri qismində ərzaq təhlükəsizliyi və sağlam qidanı həm regional, həm də beynəlxalq səviyyədə təbliğ etməyə hazır olduğunu bildirib.

Vurğulayıb ki, bu fəaliyyət BMT-nin 2030 gündəliyi, xüsusilə də yoxsulluq və aclıqla mübarizə baxımından əhəmiyyət daşıyır. 

 

Tərəflər birgə fəaliyyətlə bağlı görüş və məsləhətləşmələri mütəmadi əsaslarla davam etdirmək barədə razılaşıblar.

 

Modern.az

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Türkiyədə rusiyalı jurnalistlər SAXLANILDI 4 Dekabr 2020, 15:50 Komandir - VİDEO 4 Dekabr 2020, 15:44 Millət vəkilindən azad edilmiş ərazilərə dair maraqlı TƏKLİFLƏR 4 Dekabr 2020, 15:38 Bütövlük və azadlıq uğrunda döyüşən igid neftçilər  4 Dekabr 2020, 15:32 Milli Məclisdə büdcə müzakirələri başlayır - Üç məsələyə diqqət ayrılacaq 4 Dekabr 2020, 15:26 Qarabağda 700-ə yaxın erməni hərbçinin cəsədi TAPILIB 4 Dekabr 2020, 15:20 UNEC tələbələri Qarabağ şəhidlərini belə yad etdi: Davamçılarınızıq! 4 Dekabr 2020, 15:15 Rusiyanın yardımı ilə Qarabağda 8 min ev TİKİLƏCƏK 4 Dekabr 2020, 15:13 Səttar Möhbalıyev: Şəhidlərə ehtiramımız sonsuzdur! 4 Dekabr 2020, 15:10 “Türk əsgəri olduğu torpağa həmişə sülh gətirib” - Deputat 4 Dekabr 2020, 15:05 “Şəhidlərimizin qanı nahaq yerə tökülmədi” - Mehriban Əliyeva 4 Dekabr 2020, 15:00 LAÇIN-düşmən üzərində tam Qələbə! 4 Dekabr 2020, 14:55 Naftalanda Vətən müharibəsi şəhidləri yad edildi - FOTO 4 Dekabr 2020, 14:50 Nəqliyyatçılar şəhidləri yad ediblər - VİDEO 4 Dekabr 2020, 14:45 Şuşa qalasında şəhidlərin xatirəsi anıldı - FOTO 4 Dekabr 2020, 14:40 Gəncədə şəhidlərin xatirəsi anılıb - FOTO 4 Dekabr 2020, 14:34 Azərbaycan Ordusunda şəhidlərin xatirəsi anıldı - VİDEO 4 Dekabr 2020, 14:28 Trampın qızı prokurorluqda ifadə verdi 4 Dekabr 2020, 14:22 “Ədalət Vəliyev Prezidentin siyasi kursuna uyğun olaraq partiyalarla yüksək səviyyədə iş qura bildi” 4 Dekabr 2020, 14:16 Təhsil naziri şəhid olan müəllimlərlə bağlı paylaşım etdi 4 Dekabr 2020, 14:10 Rasim Musabəyov: “Mən axı kiməm ki, türk sülhməramlılarının Qarabağa gəlib-gəlməməsinə mövqe bildirim...” 4 Dekabr 2020, 14:04 Rusiyalı jurnalist Amin Musayevin həyatını necə xilas etdi? - TƏFƏRRÜAT 4 Dekabr 2020, 13:58 Azərbaycan 2 Ermənistan vətəndaşını AZAD ETDİ 4 Dekabr 2020, 13:52 Ceyhun Bayramov şəhidlərimizlə bağlı paylaşım etdi 4 Dekabr 2020, 13:46 Heydər Əliyev Fondunun dəstəyi ilə Əbədi zirvə” musiqi kompozisiyası hazırlandı - VİDEO 4 Dekabr 2020, 13:40 Rusiya-Ukrayna sərhədində atışma: 1 ölü, 2 yaralı 4 Dekabr 2020, 13:34 “Bu gün Kəlbəcərdəki Alban kilsəsində şəhidlər üçün dualar oxunur” - QMİ sədri 4 Dekabr 2020, 13:28 Bizim Əsgər - Tək övladını döyüşə göndərən ANA: “Özümü hər cür xəbərə hazırlamışdım” - MÜSAHİBƏ 4 Dekabr 2020, 13:22 “İlham Əliyev tarixə Fateh kimi daxil oldu” - Şeyxülislam 4 Dekabr 2020, 13:16 Ermənistan əhalisinin 45%-i Paşinyanın istefasını tələb edir – SORĞU 4 Dekabr 2020, 13:10 Şənbə günü hava necə olacaq? 4 Dekabr 2020, 13:05 Nazirlikdən hava xəbərdarlığı - temperatur 4 dərəcə enəcək 4 Dekabr 2020, 13:00 Sahibə Qafarova anım günü ilə bağlı paylaşım etdi 4 Dekabr 2020, 12:55 Şəhidlərin ruhuna vəhdət namazı qılındı - FOTO 4 Dekabr 2020, 12:50 Hansı universitet imtahanlarda tələbələrə güzəşt edəcək... 4 Dekabr 2020, 12:44
SORĞU Cəbhə xəbərlərini hansı mənbədən alırsınız?