Modern.az

Politoloqdan ŞƏRH: “Nə Vyana, nə də Peterburq görüşü nəticə verdi”

Politoloqdan ŞƏRH: “Nə Vyana, nə də Peterburq görüşü nəticə verdi”

25 İyun 2016, 14:16

Fransanın Ermənistandakı səfiri Jan Fransua Şarpantye mətbuat konfransı zamanı prezidentlərin Sankt Peterburq formatında növbəti görüşünün keçiriləcəyini söyləyib.

 

"Atlas" Araşdrımalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Modern.az-a açıqlamasında növbəti görüşün nəticələri ilə bağlı səslənən suallara aydınlıq gətirib.

 

“Əvvəla, fransalı səfirin Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşü barədə səsləndirdiyi fikirlərə baxmayaraq, görüşün nə tarixi, nə də  harada keçiriləcəyi bəllidir. Ona görə də görüşün nəticələri barədə konkret fikir səsləndirmək qeyri-mümkündür. Görüşün konkret harada keçiriəcəyi bəlli olarsa, bəlkə,o zaman nəsə söyləmək olar”.

 

Ekspert, prezidentlərin görüşünə insanların ümid bəsləməsi məsələsinə toxunaraq deyib ki, bütün hallarda digər görüşlər kimi bu görüşə də bütünlüklə ümid bəsləmək olmaz.

 

“Çünki aprel hadisələrindən sonra hər kəsin gözü prezidentlərin Vyana görüşünə dikilmişdi. Vyana görüşü istənilən nəticəni vermədi. Ardınca növbəti görüş Peterburqda baş tutdu. Yenə də ciddi nəsə baş vermədi.

 

Əslində, Qərb dövlətləri Qarabağ məsələsinin həll edilməsində nə maraqlıdır, nə də həvəsli. Aprel hadisələri zamanı Azərbaycan tərəfi üstünlüyü ələ almağa doğru gedirdi. Lakin kənar müdaxilələr üstünlüyün qarşısını aldı. Danışıqlar prosesi onu deməyə əsas verir ki, Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi çətin görünür”.

 

Qeyd edək ki, Azərbaycan və Ermənistan prezidentləri sonuncu dəfə iyunun 20-də Sankt –Peterburqda görüşüb.

 

 

Namidə BİNGÖL

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir