Modern.az

Müstəqillik günündə hökumət hər vətəndaşa 3559 dollar paylayacaq

Müstəqillik günündə hökumət hər vətəndaşa 3559 dollar paylayacaq

İqtisadiyyat

19 Yanvar 2011, 17:38

Bir çox ölkələdə aclıq və səfalət hökm sürdüyü halda, Küveytdə hökumət müstəqilliyinin ildönümü ilə bağlı vəıtandaşlarına pul və yemək-içmək paylamağa hazırlaşır. Beləki, Küveyt müstəqilliyinin ildönümündə hər bir vətəndaşa 3559 dollar pul və 14 ay pulsuz yemək paketləri paylanacaq.

Küveytin rəsmi rəbər agentliyi KUNA-nın xəbərinə görə, Küveyt əmiri Şeyx Sabah əl Əhməd əl Cabir Əl Sabahın göstərişi ilə 1 fevral 2011-ci ildən qüvvəyə minəcək qanun ölkədə yaşayan 2,2 milyon xarici işciyə şamil olumayacaq. Paylanılacaq yemək paketlərinin içində düyü, yumurta və süd olacaq. Paketlərin paylanması 2012- ci ilin mart ayına kimi davam edəcək.

Qeyd edək ki, Küveyt gələn ay müstəqiliyinin 50-ci ilini qeyd edəcək.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?