Modern.az

Ölkə başçısı İsmayıllı rayonuna gedib

Ölkə başçısı İsmayıllı rayonuna gedib

29 Oktyabr 2009, 14:43

Oktyabrın 29-da Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva İsmayıllı rayonuna səfər edib. Dövlət başçısı və onun xanımı şəhərinin mərkəzindəki Heydər Əliyev abidəsini ziyarət edərək gül dəstələri qoyublar.
Daha sonra onlar İsmayıllı şəhərində Heydər Əliyev Mərkəzinin açılışında iştirak ediblər Dövlət başçısı açılışı bildirən lenti kəsərək mərkəzlə tanış olub. (AzərTAc)
Mərkəz hər biri 730 kvadratmetr olmaqla, iki mərtəbədən və zirzəmidən ibarətdir. Burada şahmat, aviamodelçilik, heykəltəraşlıq, rəssamlıq, “Bacarıqlı əllər” uşaq dərnəkləri, birinci mərtəbədə daimi fəaliyyət göstərən sərgi-ekspozisiya zalı, ikinci mərtəbədə Heydər Əliyev irsini araşdırma mərkəzi, elektron kitabxana, kitabxana, kompyuter otaqları, konfrans zalı var.
Prezident İlham Əliyev mərkəzin xatirə kitabına ürək sözlərini yazıb.
İlham Əliyev İsmayıllı rayonunda Heydər Əliyev adına mədəniyyət və istirahət parkında aparılmış yenidənqurma işləri ilə də tanış olub.
Dövlət başçısına məlumat verilib ki, bu istirahət ocağı 1998-ci ildən Heydər Əliyev adına mədəniyyət və istirahət parkı adlandırılıb. Parkın ümumi sahəsi 9 hektardır. Cari ilin may ayından parkda abadlıq və yenidənqurma işlərinə başlanılıb. Abadlıq və yaşıllaşdırma işlərində Almaniya, İtaliya və Türkiyədən gətirilmiş 6 minə yaxın ağac və gül kollarından istifadə olunub.
Parkın ərazisində Azərbaycanda ilk dəfə olaraq 1500 kvadratmetr sahədə yapon mütəxəssisləri tərəfindən “Yapon bağı” salınıb. Dövlətimizin başçısı və xanımı uşaq yaradıcılıq mərkəzi ilə də tanış olub.
Prezident İlham Əliyev və xanımı “Yapon bağı”nı gəziblər. Yaponiyanın Azərbaycandakı səfiri Masamitsu Oki “Yapon bağı” haqqında, eləcə də burada əkilmiş sakura ağacları barədə məlumat verib.
Sonra dövlət başçısı və xanımı ümumi sahəsi 360 kvadratmetr olan Tarix-Diyarşünasliq Muzeyi ilə də tanış olublar. Muzeyin tamamilə yenidən qurulmuş binasında 2 ekspozisiya zalı və bir konfrans salonu var. Ekspozisiya zallarının birində İsmayıllı rayonunda aparılmış arxeoloji qazıntılar zamanı tapılmış məişət əşyaları, sikkələr, Lahıc misgərlərinin əl işləri və s. nümayiş olunur. İkinci ekspozisiya zalında isə xalça-kilim məmulatı saxlanılır.
Prezident İlham Əliyev parkda idman-əyləncə klubu ilə də tanış olub. Burada bilyard və tennis stolları quraşdırılıb. Dövlət başçısı bilyard da oynayıb.
Prezident İlham Əliyev mədəniyyət və istirahət parkındakı digər əyləncə qurğularına da baxıb.
 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir