Modern.az

Bakı kəndlərində Qurban bayramı - FOTOLAR

Bakı kəndlərində Qurban bayramı - FOTOLAR

12 Sentyabr 2016, 12:24

Bu gün Qurban Bayramı münasibətilə Bakının Maştağa kəndində 2500 ailəyə qurban əti paylanılıb.

 

Modern.az saytının məlumatına görə, Qurban payı daha çox ehtiyacı olanlara, kimsəsizlərə, ahıllara paylanılıb. Maştağada məsciddə baş tutan mərasimdə insanlar bu işi təşkil etdiyinə görə Milli Məclisin deputatı Eldar Quliyevə minnətdarlıqlarını bildiriblər.

 

O da məlum olub ki, Eldar Quliyev deputat seçildiyi gündən hər il bütün bayramlarda insanlara bayram sovqatı paylatdırır. Qeyd edək ki, Qurban payı Nardaran, Maştağa, Zabrat və Bilgəh sakinlərinə paylanılıb.

 

Əməkdaşımıza açıqlamasında Eldar Quliyev belə mərasimlərin mütəmadi keçirildiyini qeyd edib: “Biz demək olar ki, bütün bayramlarda insanlarımızı bayram sovqatları ilə sevindiririk. Təbii ki, bu, bizim borcumuzdur.

 

Azərbaycan Prezidenti cənab İlham Əliyevin apardığı siyasətin əsas istiqamətlərindən biri insanlara isti münasibət, qayğı, dəstək olmaqdır. Bunu hər bir azərbaycanlı öz həyatında hiss edir. Hesab edirəm ki, hər bir məmur, deputat, imkanı olan hər bir azərbaycanlı Prezidentimizə dəstək olmalıdır.

 

Mən bütün xalqımızı, eyni zamanda seçicilərimi, Bilgəh, Nardaran, Zabrat, Maştağa sakinlərinin Qurban bayramı münasibətilə təbrik edirəm”.

 

 

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir