Modern.az

Deputatdan Xocalı qatilinin KTMT-ya baş katib gətirilməsinə REAKSİYA

Deputatdan Xocalı qatilinin KTMT-ya baş katib gətirilməsinə REAKSİYA

Hadisə

12 Sentyabr 2016, 14:49

Azərbaycan parlamentinin deputatı Aydın Mirzəzadə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Baş katibi postuna erməni nazir Seyran Ohanyanın gətiriləcəyi ilə bağlı yayılan xəbərlərə reaksiya verib.

 

Modern.az xəbər verir ki, deputat öz Facebook səhifəsində bu xəbər ətrafında öz düşüncələrini bölüşüb.

 

Bu günlərdə Azərbaycan mətbuatında Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) yeni baş katibinin Ermənistanın indiki müdafiə naziri, Xocalı soyqırımının əsas qatili Seyran Ohanyan olacağı bardə mənbəyi məlum olmayan məlumat yayılmaqdadır.

 

Bu elə Ermənistandan, Ohanyan ətrafından məqsədli yayılmış xəbər də ola bilər. Onun vəzifədən gedəcəyi barədə Yervanda artıq ciddi şəkildə danışmağa başalyıblar. Bu səbəbdən də bu xəbərin yayılması Xocalı qatilinin özünü Rusiyanın yadına salmağa, özünə isti bir yer ummağa da bənzəyir.

 

Ohanyan Baş katib olmaq istəyər, amma bu halda KTMT -nün Azərbaycanın ərazi bütövlüyün dəstəkləyən Belorusun, Qazaxıstanın, Tacikistanın, Qırğızıstanın mövqeyi nəzərə alınmayacaqmı ? Məgər bu ölkələr Ohanyan namizədliyini dəstəjkləyəcəkləri halda rəsmi Bakı ilə münasibətlərində gərginlik yaranacağını fikirləşməyəcəklərmi?

 

Elə Rusiyanın da bir Ohanyan məsələsinə görə Azərbaycan kimi mühüm bir müttəfiqi ilə narazılıq yaranmasını istəməsi inandırıcı görünmür.

 

 

 

 

Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir