Arxiv
14 Sentyabr 2016, 13:02 | HADİSƏ
Sabiq nazirin xalası oğlunun qatilinə 18 il həbs verildi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Bakı şəhər sakini Xalidə İsgəndərovanın cinayət işi üzrə məhkəmə prosesində hökm oxunub.

 

Modern.az-ın xəbərinə görə, Xalidə İsgəndərova 18 il azadlıqdan məhrum edilib.

 

İttihama görə, 2014-cü ilin sentyabr ayında 1964-cü il təvəllüdlü Füzuli Haqverdi oğlu İsgəndərov yaşadığı evin yaxınlığında amansızlıqla öldürülüb.

 

Bakı Şəhər Prokurorluğu və Nizami Rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat zamanı hadisənin mərhumun həyat yoldaşı X.İsgəndərova tərəfindən törədildiyi məlum olub. X.İsgəndərova şübhəli şəxs qismində saxlanılıb.

 

Qətlə yetirilən F.İsgəndərov uzun illər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəis müavini olub. O, həm də sabiq maliyyə naziri Əvəz Ələkbərovun xalası oğludur.



2015-ci il noyabrın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda X.İsgəndərovanın vəkili vəsatətlə çıxış edib. O, cinayət işinin materialları ilə tanış olduqlarını, cinayəti zərərçəkənin həyat yoldaşı X.İsgəndərova tərəfindən törədilmədiyini və istintaq zamanı cinayət işinin sübutlarının saxtalaşdırıldığını, kobud səhvə yol verildiyini bildirib.

 

Dövlət ittihamçısı çıxış edərək bildirib ki, qaldırılan vəsatət əsassızdır. Daha sonra hakimlər kollegiyası qərar verib. Qərara əsasən, vəsatət təmin edilib. Kobud qayda pozuntularının qeydə alınmasına görə iş istintaqa qaytarılıb. Həbs qətimkan tədbiri isə dəyişdirilmədən saxlanılıb.

 

Ağa AKİFOĞLU

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
İş adamının kürəkəni “Range-Rover”lə 4 nəfərin ölümünə səbəb oldu - VİDEO 14 İyun 2021, 09:30 Bu il 11-ci sinifi bitirəcək məzunların sayı AÇIQLANDI 14 İyun 2021, 09:24 Şuşa qədimliyi qədər də müasirləşəcək 14 İyun 2021, 09:18 Manatın xarici valyutalara qarşı MƏZƏNNƏSİ 14 İyun 2021, 09:12 Gürcü alimləri erməni həyasızlığı haqqında 14 İyun 2021, 09:06 Neft yenidən bahalaşdı 14 İyun 2021, 09:00 ATƏT-in baş katibi Gürcüstana gəlir 14 İyun 2021, 08:56 Bu gün livanlı terrorçuya hökm oxunacaq 14 İyun 2021, 08:50 Bayden İsrailin yeni baş naziri ilə DANIŞDI 14 İyun 2021, 08:40 AVRO-2020-də bu gün daha üç oyun olacaq 14 İyun 2021, 08:37 Bu gün məktəblərdə "Son zəng"dir 14 İyun 2021, 08:31 Şirkət rəhbərinin kürəkəni “Range-Rover”lə 4 nəfəri vurub öldürdü - FOTO 14 İyun 2021, 01:39 Şuşa Ərdoğanın səfərinə hazırlaşır - FOTO 14 İyun 2021, 01:07 Niderland Ukraynaya qalib gəldi - AVRO-2020 14 İyun 2021, 00:58 Bakıda qardaş bacısına 10 bıçaq zərbəsi vurdu 14 İyun 2021, 00:53 Güləşçilərimiz Varşavada 5 medal qazandı 14 İyun 2021, 00:47 Aysel Əlizadə ilə Şahbaz Xuduoğlu arasında ərik qalmaqalı 14 İyun 2021, 00:33 Şabranda kanaldan kişi meyiti çıxarıldı 14 İyun 2021, 00:24 Rusiya MN-dən sülhməramlı açıqlaması 14 İyun 2021, 00:11 Bu pişiyə AVRO-2020-nin azarkeşi pasportu verildi 13 İyun 2021, 23:58 Makron Consonla mübahisə etdi 13 İyun 2021, 23:45 G7 sammiti başa çatdı 13 İyun 2021, 23:29 İsrailin yeni baş naziri and içdi 13 İyun 2021, 23:13 Bakıda xəsarətlə nəticələnən yol qəzası 13 İyun 2021, 23:07 Baş məşqçi Eriksenə görə UEFA-nı qınadı 13 İyun 2021, 22:56 Türkiyədə koronavirusdan gündəlik ölüm sayı azaldı 13 İyun 2021, 22:40 İsrail parlamentinə yeni spiker seçildi 13 İyun 2021, 22:26 İngiltərəli yarımmüdafiəçi Avropa çempionatının ən gənc futbolçusu oldu 13 İyun 2021, 22:11 Şimali Makedoniya Avstriya ilə bacarmadı - AVRO-2020 13 İyun 2021, 21:58 Son sutkada ölkədə 61 yanğın olub - FHN 13 İyun 2021, 21:44 Ən yüksək nəticə göstərən şagirdlərin sayı 5-ə çatdı - FOTOLAR - YENİLƏNİB 13 İyun 2021, 21:36 Sarqsyan seçicilərin səslərini rüşvətlə almağa çalışır - Qalmaqal 13 İyun 2021, 21:25 Jozep Borrel Azərbaycan və Ermənistanın jestlərini alqışladı 13 İyun 2021, 21:11 Ölkədə peyvəndlənənlərin sayı açıqlandı 13 İyun 2021, 21:00 Azərbaycanda koronavirusla bağlı son vəziyyət: 45 yoluxma, ÖLÜM YOXDUR 13 İyun 2021, 20:55
SORĞU AVRO-2020-nin qalibi hansı komanda olacaq?