Modern.az

Azərbaycanda QİÇS-li xəstələrin sayı artır

Azərbaycanda QİÇS-li xəstələrin sayı artır

Təhsil

30 Oktyabr 2009, 16:44

Oktyabrın 30-da Milli Məclisin Sosial siyasət komitəsinin iclasında "İnsanda immunçatışmazlığı virusu törədən xəstəliyin yayılmasının qarşısının alınması haqqında" qanun layihəsi ilə bağlı müzakirələr aparılıb.
Modern.az-ın məlumatına görə, iclasda komitənin sədr müavini Musa Quliyev bildirib ki, hələ 1996-cı ildə Azərbaycanda QİÇS xəstəliyini törədən hiv virusuna 2 yoluxma qeydə alınmışdı. Hazırda isə ölkəmizdə 2140 nəfər bu xəstəliyin daşıyıcısıdır. Deputat indiyədək Azərbaycanda QİÇS-dən 260 xəstənin öldüyünü qeyd edib. Onun sözlərinə görə, respublikamızdakı xəstələrin 97%-i Azərbaycan vətəndaşlarıdır. Onların 85%-i kişilər, 15%-i qadınlardır.
M.Quliyev deyib ki, hazırda dünyada 40 milyon adam QİÇS xəstəliyinin daşıyıcısıdır. İndiyədək Yer kürəsində bu xəstəlikdən 6 milyon adam ölüb. QİÇS-li xəstələrin get-gedə artdığını xartırladan deputat  "biz "İnsanda immunçatışmazlığı virusu törədən xəstəliyin yayılmasının qarşısının alınması haqqında" qanun layihəsini tezliklə Milli Məclisə tövsiyyə etməliyik" deyib.
Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli isə bildirib ki, qanun layihəsi noyabrın II ongünlüyündə Milli Məclisin iclasında müzakirəyə çıxarılacaq.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir