Arxiv
16 Sentyabr 2016, 10:46 | HADİSƏ
Hacı Məmmədovun müalicə müddəti artırıldı

Adam oğurluğu, çoxsaylı qətllər və digər ağır cinayətlər törədən mütəşəkkil cinayətkar dəstənin başçısı kimi ömürlük azadlıqdan məhrum edilmiş, Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin sabiq baş əməliyyat müvəkkili, hazırda həbsdə olan Hacı Məmmədovun Ədliyyə Nazirliyinin İxtisaslaşdırılmış Müalicə müəssisəsində müalicəsi davam etdirilir.

 

Modern.az xəbər verir ki, bu barədə Trend-ə Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsinin rəis müavini İftixar Qurbanov məlumat verib.



Rəis müavini bildirib ki, H.Məmmədov özünü normal hiss edir: "Müalicə müəssisəsində H.Məmmədova ilkin olaraq 3 ay müalicə kursu yazılıb. 3 aydan sonra xəstənin səhhətinə uyğun olaraq müalicə müddəti daha 3 ay uzadılıb. Hazırda Hacı Məmmədovun müalicələri müsbət nəticə verir, vəziyyəti stabildir. Hələlik bir müddət müalicə olunması tövsiyyə edilir".

 

İ. Qurbanov bildirib ki, H.Məmmədovun minumum 9 ay müalicə olunması məsləhət görülüb. Bu isə o deməkdir ki, onun müalicə müddəti oktyabr ayında daha 3 ay artırılacaq və H.Məmmədov 2017-ci ilin yanvar ayının 25-dək müalicə müəssisəsində qalacaq.

 

Qeyd edək ki, H.Məmmədov bu il aprelin 25-də səhhətindəki problemlə bağlı Penitensiar Xidmətin Binə qəsəbəsindəki İxtisaslaşdırılmış Müalicə müəssisəsinə köçürülüb. Ona ağciyər xəstəliyi ilə bağlı diaqnoz qoyulub.



Qeyd edək ki, ötən il oktyabrın 17-də Milli Təhlükəsizlik naziri Eldar Mahmudov vəzifəsindən azad olunandan sonra H.Məmmədov barəsində olan cinayət işinin yenilənməsi və işdə yeni hal olması ilə bağlı Baş Prokurorluğa, Dövlət Təhlükəsizliyi Xidmətinə və Ali Məhkəməyə müraciət etmişdi. Ali Məhkəmə müraciəti plenuma çıxarmayaraq işi baxılmamış saxlayıb.



Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin sabiq baş əməliyyat müvəkkili, polkovnik-leytenant H.Məmmədov 2005-ci il martın 10-da artıq ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi "Qara kəmər" əməliyyatı nəticəsində mütəşəkkil dəstə üzvləri ilə birlikdə həbs edilib. H.Məmmədov həmin il fevralın 10-da Beynəlxalq Bankın İdarə heyətinin hazırda həbsdə olan sabiq sədri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanı oğurlayandan sonra Milli Təhlükəsizlik Nazirliyi mütəşəkkil dəstənin üzvlərinin izinə düşərək bir ay sonra onları zərərsizləşdirib.

2006-cı ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə H.Məmmədov və dəstənin üzvü kimi təqsirləndirilən, həmin vaxt Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin rəisi vəzifəsində çalışan general Zakir Nəsirov və bir neçə dəstə üzvü ömürlük azadlıqdan məhrum edilib.

 

Modern.az

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Təhsil naziri: “4000 şagirdin sinifdə saxlanması o deməkdir ki…” 17 Oktyabr 2019, 11:50 İlham Əliyev həmsədrləri qəbul etdi 17 Oktyabr 2019, 11:46 Ceyhun Bayramov: “Ana dili və riyaziyyat dərslikləri ilə bağlı DƏYİŞİKLİK edilib” 17 Oktyabr 2019, 11:40 Fazil Mustafadan “Traxtor”un oyunçusu ilə bağlı TƏKLİF: “Türk klubuna, ya “Qarabağ”a gətirilsin” 17 Oktyabr 2019, 11:38 Nazir: “Ali məktəb tələbələrinin ən azı 50 faizi təqaüd almalıdır” 17 Oktyabr 2019, 11:38 Bu dəfə Şəmkirdə mənşəyi məlum olmayan ət aşkarlandı - FOTO 17 Oktyabr 2019, 11:36 Ceyhun Bayramov: “Bu il Azərbaycan təhsilində ilkə imza atılıb” 17 Oktyabr 2019, 11:31 Nazir təhsildə aparılan islahatlardan DANIŞIR - VİDEO 17 Oktyabr 2019, 11:28 Regionlarda yaşayan gənc qızlar sahibkarlıq fəaliyyətinə cəlb olunacaqlar 17 Oktyabr 2019, 11:15 AzTU-da Aprel şəhidinin doğum günü qeyd olundu - FOTO 17 Oktyabr 2019, 11:14 Ötən gün yol qəzalarında 1 nəfər ölüb 17 Oktyabr 2019, 11:05 “Ciddi kadr islahatlarının şahidi olacağıq” - Deputat məmurların düşmənçiliyindən DANIŞDI 17 Oktyabr 2019, 11:04 Bakıda itin dişlədiyi uşaq öldü 17 Oktyabr 2019, 11:00 Arvadını və qayınanasını öldürən şəxsə cinayət işi açıldı 17 Oktyabr 2019, 10:55 Bakı Meriyası sahibkarları TƏNQİD etdi – “Qınaq obyektinə çevriləcəklər” 17 Oktyabr 2019, 10:54 Diqqət: Bakıda bu yollarda hərəkət məhdudlaşdırılacaq 17 Oktyabr 2019, 10:52 Nazir orta aylıq pensiyanın 293 manata çatacağını ANONS ETDİ 17 Oktyabr 2019, 10:45 Deputat Azərbaycandakı internetin sürətindən ŞİKAYƏTLƏNDİ 17 Oktyabr 2019, 10:43 Bakıda Müstəqillik günü tədbirləri keçirilməyəcək - BŞİH: "Belə planımız yoxdur" 17 Oktyabr 2019, 10:39 Azərbaycan MDB-də sosial müdafiə üzrə Məşvərət Şurasına sədrlik edəcək 17 Oktyabr 2019, 10:24 Hər məmur özünə bir sayt açıb 17 Oktyabr 2019, 10:24 İsgəndər Həmidov yenidən əməliyyat olunacaq - AÇIQLAMA 17 Oktyabr 2019, 10:21 Ramil İmamov: “Ölkədə olan taksit kart müştərilərinin təxminən 65%-i BirKart sahibidir” 17 Oktyabr 2019, 10:14 “Köhnə kadrların mane olmaq cəhdləri Prezidentin gözündən qaçmır” – Vahid Əhmədov 17 Oktyabr 2019, 10:08 Nazirlik Neftçalada qanunsuz balıq ovu ilə bağlı hərəkətə keçdi 17 Oktyabr 2019, 10:02 Azərbaycanın “Ai-92” markalı benzin aldığı ölkələrin adları AÇIQLANDI 17 Oktyabr 2019, 09:56 DİM hazırlıq kursu barədə elan verdi 17 Oktyabr 2019, 09:45 Ermənilər cəbhədə təxribatlara davam edir 17 Oktyabr 2019, 09:45 İşarət dili ünsiyyət dili kimi rəsmi şəkildə tanınacaq   17 Oktyabr 2019, 09:39 Azərbaycanın real mənzərəsi 17 Oktyabr 2019, 09:34 Türk Birliyi - Xəyaldan gerçəkliyə! 17 Oktyabr 2019, 09:19 Azərbaycanda bu ərzaq malları bahalaşıb - SİYAHI 17 Oktyabr 2019, 09:13 Türk ordusu 673 terrorçunu məhv edib 17 Oktyabr 2019, 09:08 “Qırmızı Şaman”ın izi ilə... - Qədim türk yurdu Saxa Respublikasından REPORTAJ - IV HİSSƏ 17 Oktyabr 2019, 08:42 Bakıda tramvay və trolleybusların bərpası ilə bağlı müzakirələr başladı 17 Oktyabr 2019, 08:32