Arxiv
3 Oktyabr 2016, 12:15 | HADİSƏ
Şeyxin qudası məhərrəmlik qadağasını DƏSTƏKLƏDİ

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı "Dini etiqad azadlığı haqqında" qanuna edilən dəyişiklər barədə danışıb.

 

O deyib ki, dəyişikliyə görə, Məhərrəmlik ayında dini xarakterli ayinlərin evlərdə, küçələrdə keçirilməsi yolverilməzdir.

 

“Məhərrəmlik ayında evlərdə, küçələrdə  ayinlərin keçirilməsinə qoyulan qadağa doğru addımdır. Bir şeyi dəqiq bilirəm ki, dövlət nəyi necə məsləhət bilirsə, elə də olmalıdır. Dövlətin bir çox məsələlərlə bağlı bildiklərini biz bilə bilmərik. Dövlət də xalqın firavanlığı üçün çalışır”.

 

Bunu Modern.az-a açıqlamasında  keçmiş deputat Hacı Qalib Salahzadə Mübariz Qurbanlının fikirlərinə münasibət bildirərkən deyib.

 

O bildirib ki, bəziləri dindən başqa məqsədlər üçün istifadə edir.

 

“Bir də görürsüz ki, din pərdəsi adı altında çirkli işlərlə məşğul olurlar.  Məhərrəmlik ayında dindən başqa məqsədlərlə istifadə edirlər. Bunun qarşısını almaq lazımdır, ya yox?!

 

Qalib Salahzadə Məhərrəmlik ayında dini ayinləri icra edərkən hansısa məscidə getmədiyini vurğulayıb.

 

“İbadətlə məşğul olmaq hər bir müsəlmanın işidir. Mən də istisna deyiləm. Amma, Məhərrəmlik ayında hansısa məscidə yollanıb dini ayinlər icra etmirəm. Əvvəla, bunu evimdə edirəm. Namazımı qılarkən Allahımla təmasda oluram. Bu, şəxsi məsələdir. Şərt deyil ki, məşğul olduğum ibadəti hamı bilsin. Hər kəs özü üçün ibadət edir.  İkincisi məscidə yollanmağa vaxtım olmur”.

 

Roma papası Fransiskin səfərini şərh edən eks-deputat bəzi məqamları da diqqətə çatdırıb.

 

“Dünən Roma papası Azərbaycana səfər edib. Bəzilərimiz baxıb “Roma papasıdır da, gəlib getdi” deyir. Əslində, dünya Azərbaycana baxır. Azərbaycanın tolerant mövqeyi, nüfuzunu bir az da qaldırır.  Roma papasının səfəri bütün xristian dünyası, eləcə də, digər dinlərin nümayəndələrinin marağına səbəb olub. Yəni müsəlman dövlətində bu cür görüş keçirilir. Bu, sıradan səfər deyil.

 

Eyni zamanda, bütün dinlərin daxilində ayrıseçkilik hallarına rast gəlmək mümkündür. Bir də görürsünüz ki, Avropa dövlətlərinin sülhsevər olduğunu deyirlər. İngiltərə ilə Fransa arasında 100 illik müharibə olub. Bu da tarixdir. Avropa dövlətləri hər zaman demokratiyadan danışmaqlarına baxmayaraq, öz yanlışlarını görmürlər”

 

Qeyd edək ki, Qalib Salahzadə, Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin qudasıdır.

 

Namidə BİNGÖL

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Problemli krediti olanlara yeni XƏBƏR VAR 17 Oktyabr 2019, 12:37 Dövlət Məşğulluq Xidməti 61 791 nəfəri işlə təmin edib 17 Oktyabr 2019, 12:36 İlham Əliyev həmsədrləri qəbul etdi - YENİLƏNİB 17 Oktyabr 2019, 12:31 Türkiyənin Suriyada məqsədi nədir? – Politoloq AYDINLIQ gətirdi 17 Oktyabr 2019, 12:27 Arif Hacılı sürücü və katibəsindən DANIŞDI “Biz onunla qonşuyuq” 17 Oktyabr 2019, 12:18 Deputat beynəlxalq tədbirdə Dilqəm və Şahbazla bağlı ÇAĞIRIŞ etdi 17 Oktyabr 2019, 12:12 Siyavuş Novruzov o məmurları istefaya ÇAĞIRDI 17 Oktyabr 2019, 12:09 Elmar Məmmədyarov: “Erməni həmkarımla Nyu-Yorkdakı sonuncu görüş məni məyus etdi” 17 Oktyabr 2019, 12:05 Bakı Ali Neft Məktəbi ilə “Bahar Enerji Əməliyyat Şirkəti” əməkdaşlığa başladı 17 Oktyabr 2019, 12:05 Hazırlıq qruplarında təhsil alan oğlanlara əsgərlikdən möhlət veriləcək? - Nazirdən CAVAB 17 Oktyabr 2019, 12:03 Təhsil naziri: “4000 şagirdin sinifdə saxlanması o deməkdir ki…” 17 Oktyabr 2019, 11:50 Ceyhun Bayramov: “Ana dili və riyaziyyat dərslikləri ilə bağlı DƏYİŞİKLİK edilib” 17 Oktyabr 2019, 11:40 Fazil Mustafadan “Traxtor”un oyunçusu ilə bağlı TƏKLİF: “Türk klubuna, ya “Qarabağ”a gətirilsin” 17 Oktyabr 2019, 11:38 Nazir: “Ali məktəb tələbələrinin ən azı 50 faizi təqaüd almalıdır” 17 Oktyabr 2019, 11:38 Bu dəfə Şəmkirdə mənşəyi məlum olmayan ət aşkarlandı - FOTO 17 Oktyabr 2019, 11:36 Ceyhun Bayramov: “Bu il Azərbaycan təhsilində ilkə imza atılıb” 17 Oktyabr 2019, 11:31 Nazir təhsildə aparılan islahatlardan DANIŞIR - VİDEO 17 Oktyabr 2019, 11:28 Regionlarda yaşayan gənc qızlar sahibkarlıq fəaliyyətinə cəlb olunacaqlar 17 Oktyabr 2019, 11:15 AzTU-da Aprel şəhidinin doğum günü qeyd olundu - FOTO 17 Oktyabr 2019, 11:14 Ötən gün yol qəzalarında 1 nəfər ölüb 17 Oktyabr 2019, 11:05 “Ciddi kadr islahatlarının şahidi olacağıq” - Deputat məmurların düşmənçiliyindən DANIŞDI 17 Oktyabr 2019, 11:04 Bakıda itin dişlədiyi uşaq öldü 17 Oktyabr 2019, 11:00 Arvadını və qayınanasını öldürən şəxsə cinayət işi açıldı 17 Oktyabr 2019, 10:55 Bakı Meriyası sahibkarları TƏNQİD etdi – “Qınaq obyektinə çevriləcəklər” 17 Oktyabr 2019, 10:54 Diqqət: Bakıda bu yollarda hərəkət məhdudlaşdırılacaq 17 Oktyabr 2019, 10:52 Nazir orta aylıq pensiyanın 293 manata çatacağını ANONS ETDİ 17 Oktyabr 2019, 10:45 Deputat Azərbaycandakı internetin sürətindən ŞİKAYƏTLƏNDİ 17 Oktyabr 2019, 10:43 Bakıda Müstəqillik günü tədbirləri keçirilməyəcək - BŞİH: "Belə planımız yoxdur" 17 Oktyabr 2019, 10:39 Azərbaycan MDB-də sosial müdafiə üzrə Məşvərət Şurasına sədrlik edəcək 17 Oktyabr 2019, 10:24 Hər məmur özünə bir sayt açıb 17 Oktyabr 2019, 10:24 İsgəndər Həmidov yenidən əməliyyat olunacaq - AÇIQLAMA 17 Oktyabr 2019, 10:21 Ramil İmamov: “Ölkədə olan taksit kart müştərilərinin təxminən 65%-i BirKart sahibidir” 17 Oktyabr 2019, 10:14 “Köhnə kadrların mane olmaq cəhdləri Prezidentin gözündən qaçmır” – Vahid Əhmədov 17 Oktyabr 2019, 10:08 Nazirlik Neftçalada qanunsuz balıq ovu ilə bağlı hərəkətə keçdi 17 Oktyabr 2019, 10:02 Azərbaycanın “Ai-92” markalı benzin aldığı ölkələrin adları AÇIQLANDI 17 Oktyabr 2019, 09:56