Modern.az

“Azərsun Holding” bahalaşdırma ittihamlarına CAVAB VERDİ

“Azərsun Holding” bahalaşdırma ittihamlarına CAVAB VERDİ

4 Oktyabr 2016, 13:24

Nazirlər Kabineti (NK) xaricdən Azərbaycana gətirilən toyuq əti (ət əlavələri, təzə, soyudulmuş və ya dondurulmuş) və toyuq yumurtaları, soğan, xiyar, qoz-fındıq, üzüm, alma, armud, heyva, xurma, meyvə şirələri, spirtli içkilər üçün yeni və yüksək gömrük idxal rüsumları müəyyənləşdirib.

Yerli istehsalı stimullaşdırmağa yönəlik atılmış addımın müqabilində isə yerli şirkətlərin bir çox öz məhsullarını bahalaşdırıblar.

Azərbaycanda qida istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahəsində böyük payı olan “Azərsun Holding”in də adı öz mallarını bahalaşdıran şirkətlərin sırasında keçir. “Azərsun Holding”in məsələyə aydınlıq gətirib.

 

“Son 10 gündə qiymətləri artırmamışıq”

 

“Azersun Holding” MMC-nin İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri Afiq Səfərov Modern.az-a bildirib ki, son 10 gün ərzində qiymət siyasətində hər hansı dəyişiklik edilməyib:

“Dünən bir neçə informasiya portalında qiymət artımı, “Azərsun Holding”in qiymətləri bahalaşdırması ilə bağlı yazı dərc edib. Mən bildirirəm ki, bu, bizim şirkətə qarşı aparılan kampaniyadır, süni ajiotaj yaratmağa xidmət edir. Məlumat üçün bildirim ki, son günlər şirkətimizin istehsal etdiyi süd , duz məhsullarında qiymətlər aşağı salınıb. Yazılarda isə əksi qeyd olunur.

Bizdə qiymətlər ”üzən məzənnə” siyasətilə ən aşağı hədlə müəyyənləşir. Şirkət olaraq başa düşürük ki, məhsulun istehlakçısı bizim insanımızdır, tarlada işləyən kəndlidir. Biz istehlakçımızı bu ajiotaj dolu xəbəri yazan jurnalistdən daha çox düşünürük. Yalançı qəhrəmanlar bizim istehsalımız olan və olmayan məhsulları siyahıya daxil edib “Azərsun qiymətləri qaldırdı” yazırlar”.

 

“Azərsun Holding” şəkər istehsalını artırır

 

A.Səfərov deyib ki, bahalaşan malların siyahısında şirkətin istehsalı olan məhsullar yoxdur:

“İdxal rüsumunun tətbiqi kənd təsərrüfatı sektorunda çalışan insanların dəstəklənməsi baxımından əvəzolunmaz addımdır. Nəticədə yerli kənd təsərrüfatı məhsullarının, daxili xammal ehtiyatlarının artırılmasına töhfə verəcək.

Belə bir təcrübənin Azərbaycanda tətbiq olunması təqdirəlayiqdir. Doğrudur, gömrük rüsumu qaldırılan məhsulların siyahısında “Azərsun Holding”in istehsalı0 olan oxşar mallar  yoxdur. Amma ümid edirik ki, bu, şəkər məhsuluna da şamil olunacaq. Çünki, yaxın illər ərzində dövlət başçısı və müvafiq qurumlar tərəfindən konkret hədəf qoyulub ki, şəkərin xammal ehtiyatları ölkədaxili imkanlar hesabına qarşılansın. Biz bu istiqamətdə təxirəsalınmaz addımlar atırıq. Əvvəllər şəkər çuğunduru yalnız yay fəslində əkilirdi. Artıq qışlıq şəkər çuğundurunun əkilməsinə də başlamışıq. Beləliklə də, daha çox əkin sahələrinin yaradılması və daha çox insanın işlə təmin olunması baş verəcək”.

Şirkət rəsmisi “qərar təqdirəlayiqdir, amma “Azərsun Holding” yerli bazarı öz istehsalı ilə təmin etmək iqtidarındadırmı” sualına belə cavab verib:

“Biz ümid edirik ki, proses davam edəcək. İdxal rüsumu şəkər və konserv məhsullarını da əhatə edəcək. Belə olduğu təqdirdə xarici məhsullarla rəqabətdə yerli məhsul daha güclü olacaq. Bizim məhsulların istehsalçısı kəndlilərdir. İmişlidə, Biləsuvarda on minlərlə kəndli istehsal prosesinə cəlb olunub.

Təəssüf ki, bəzi mətbu orqanlar idxal rüsumunun tətbiq olunmasını növbəti bahalaşma dalğasının olacağı ilə anons edirlər.

Məhsul istehsal olunan zaman anbarlarımızda olan xammal ehtiyatları hansı qiymətlə alınırsa, istehsal qiymətləri bu baxımdan tənzimlənir. Məhsulların qiyməti də buna adekvat olaraq müəyyən olunur.

Qiymətləri bazar tənzimlədiyi üçün də qiymətlərdə artma və azalmaların olması təbiidir.

 

Ölkə daxilində istehsalı genişləndirmək lazımdır. Əgər Rusiyaya şəkər ixrac etsək, baxın nə qədər vergi ödəmək məcburiyyətində qalarıq. Çünki, onlar daxili istehsalı qoruyurlar. Məsələn, pakistanlı kartofunu Azərbaycana gətirib satır, çünki, ona sərf edir. Amma azərbaycanlı Cəlilabaddan bura kartof gətirib sata bilmir. Çünki sərf etmir. Niyə? Bax bu sualın cavabı üçün dövlət idxal rüsumu tətbiq edir”.

 

Gülşən RAUFQIZI

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır