Modern.az

İkinci deputat köməkçisi məsələsi büdcənin müzakirəsində yenidən qaldırılacaq

İkinci deputat köməkçisi məsələsi büdcənin müzakirəsində yenidən qaldırılacaq

2 Noyabr 2009, 16:32

“İkinci deputat köməkçisi məsələsi  büdcədən asılı olan bir işdir. Milli Məclisdə büdcə müzakirə olunanda bu məsələni yenidən qaldıracağam”-deyə millət vəkili Elmira Axundova Modern.az saytına açıqlamasında bildirib. Onun sözlərinə görə, deputatları iki qrupa ayırmaq olar: “Elələri var ki, onlar deputatlıqdan başqa, həm də vəzifə sahibləridir. Onların kifayət qədər köməkçiləri var. Ona görə də bu qəbildən olan deputatlar ikinci köməkçinin ayrılmasında bir o qədər maraqlı deyillər. Mənim kimi sıravi deputatların köməkçiləri isə qanuna uyğun olaraq rayonlardaadır. Özümüz isə burada tək qalmışıq. Məktub yazmaq, kiməsə zəng eləmək, harasa getmək, qanunvericiliklə məşğul olmaq, buna necə vaxt çatdırmaq olar?”.

Deputat qeyd edib ki, hazırda Mili Məclisin şöbə müdirlərininin az qala 4-5 köməkçisi var: “Belə çıxır ki, biz şöbə müdiri səviyyəsində də deyilik. Şəraitimizi yaxşılaşdırıblar ki, daha səmərəli işləyək. Buna görə minnətdarıq. Amma köməkçisiz işləmək qeyri-mümkündür. Təklif edirəm ki, bizə ştatla ikinci köməkçi ayrılsın, maliyyə imkanı olmadığına görə, biz bu ştatı 1-2 il öz hesabımıza saxlayaq. Nəticədə həm bizim işlərin səmərəliliyi artar, həm də 125 yeni ştat yaranar, bunun nəyi pisdir ki?”.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi