Modern.az

Daha bir avtobus qəzası: 3 yaralı

Daha bir avtobus qəzası: 3 yaralı

Aktual

16 Oktyabr 2016, 20:39

Gəncədə 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Modern.az saytı xəbər verir ki, APA-nın məlumatına görə, hadisə şəhərin Bəxtiyar Əliyev küçəsində qeydə alınıb. Şəhərdə 4 nömrəli xətt üzrə sərnişin daşıyan “İsuzu” markalı avtobusla “VAZ2107” markalı avtomobil toqquşub. Qəza zamanı “VAZ”-ın sürücüsü olan 1980-ci il təvəllüdlü Sənan Avazov, sərnişinlər - 1989-cu il təvəllüdlü Aynurə İbrahimova və 1987-ci il təvəllüdlü Xəyalə Musayeva müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

 

Modern.az

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu