Modern.az

Mosulun İŞİD-dən azad edilməsi əməliyyatı başlayıb

Mosulun İŞİD-dən azad edilməsi əməliyyatı başlayıb

17 Oktyabr 2016, 09:38

İraqda Mosul şəhərinin İŞİD terror qruplaşmasından azad edilməsi üzrə böyük hücum əməliyyatı başlayıb.

Modern.az saytı xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İraqın baş naziri Heydər əl-Abadi bildirib.

Əməliyyatda kürd peşmərgələr, İraq hökumət qoşunları və xarici ölkələrin İŞİD-ə qarşı yaratdığı koalisiya iştirak edir.

Mosul üzərinə hücumda iştirak edən hərbçilərin 25 min nəfər olduğu bildirilir.

İraqın ikinci böyük şəhəri olan Mosul 2014-cü ildən İŞİD-in nəzarəti altındadır.


Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir