Modern.az

Azərbaycanda 8 yaşlı qızı zorlayan pakistanlıya hökm OXUNDU

Azərbaycanda 8 yaşlı qızı zorlayan pakistanlıya hökm OXUNDU

17 Oktyabr 2016, 13:41

Azərbaycanda 8 yaşlı qızı zorlamaqda təqsirləndirilən Pakistan vətəndaşının hökmü oxunub.

 

Modern.az-ın xəbərinə görə, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində seksual hərəkətlər törətməkdə təqsirləndirilən Pakistan vətəndaşı Tanver Muhammed Batonın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

 

Pakistan vətəndaşına hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Hökmə əsasən T. M. Baton 15 il müddətinə azadlıqdan məhrum edilib.

 

Xatırladaq ki hadisə Maştağa qəsəbəsində baş verib. Bu barədə Xanlar küçəsində yaşayan 40 yaşlı K.T polisə müraciət edərək məlumat verib.

 

Yaşadığı evdə əri onun azyaşlı qızına təcavüz edib. K.T deyib ki, həyat yoldaşı olan Pakistan vətəndaşı, 36 yaşlı M.T.B qızı 8 yaşlı Aynurla (ad şərtidir) qeyri-təbii yolla cinsi əlaqədə olub.

 

Ağa AKİFOĞLU

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi