Modern.az

Məktəbəhazırlıq qrupları ilə bağlı xəbər TƏKZİB olundu

Məktəbəhazırlıq qrupları ilə bağlı xəbər TƏKZİB olundu

Aktual

17 Oktyabr 2016, 15:51

“Yeni yaradılan məktəbəhazırlıq qruplarının gələcəkdə ödənişli olması ilə bağlı səsləndirilən fikirlər tamamilə yanlışdır”.

 

Modern.az-ın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva deyib. İdarə müdirinin sözlərinə görə, bu gün Bakıda 20 400-ə yaxın uşaq məktəbəhazırlıq qruplarına cəlb olunub: “Növbəti tədris ilində qrupların əhatə dairəsi daha da genişləndiriləcək. Qruplara yalnız Bakı qeydiyyatında olanlar deyil, eləcə də paytaxtda qeydiyyatda olmayan şəxslərin övladları da cəlb olunub. Düşünürəm ki, bu nüans gələcəkdə problem yaradacaq. Amma hələlik bu il üçün problemin öhdəsindən gəlmişik”.

 

İdarə rəisi bildirib ki, bu il üçün 260 məktəbdə təxminən 900-ə yaxın məktəbəhazırlıq qruplarının yaradıldığını bildirib. Bəzi məktəblərdə məktəbəhazırlıq qruplarının təşkil edilməməsinə münasibət bildirən M.Vəliyeva vurğulayıb ki, əvvəldən qrupların yaradılmasında məktəblərin bir növbəlilik prinsipdə çalışması əsas kimi götürülüb: “Lakin bu gün bəzi məktəblərdə iki növbədə dərs keçilir. Bu səbəbdən çox az sayda məktəblərdə məktəbəhazırlıq qrupları təşkil edilməyib. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, Bakı üçün bu il kvota 2 422 uşağı əhatə edib. Yəni Bakıda 2011-ci ildə doğulan uşaqların 55 %-i təlimlərə cəlb olunub. Növbəti illərdə təbii ki, bu say artacaq və 2020-ci ilədək 90 % uşağın ödənişsiz əsaslarla məktəbəhazırlıq qruplarına cəlb edilməsi nəzərdə tutulur”.

 

M. Vəliyeva onu da əlavə edib ki, Bakı ətrafı ərazilərdə istisna hallarda məktəbəhazırlıq qruplarında uşaqların az sayı az olduğu halda da təşkil edilib: “Belə hal Bakının Qaradağ və Xəzər rayonlarındakı məktəblərdə təşkil olunan qruplarda müşahidə olunur. Belə ki, oradakı məktəbəhazırlıq qruplaırnda uşaqların sayı maksimum 15 nəfərdir. Şəhər mərkəzində isə say göstərilən normaya uyğundur. Tələblərə əsasən, məktəbə hazırlıq qruplarında uşaqların sayı minium 15, maksimum 30 olmalıdır. Valideynlərin müraciətini nəzərə alaraq, Təhsil Nazirliyinin təkliflərinə əsasən məktəbəhazırlıq qruplarında bu ildən 2010-cu ilin sentyabrın 16-dan dekbarın 31-ə qədər doğulan uşaqlar da təlimlərə cəlb edilə bilərlər. Təbii ki, bu qaydalarada edilən dəyişikliklərdə öz əksini tapıb”.

 

Ağa AKİFOĞLU

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü