Milli Məclisin deputatı Xanhüseyn Kazımlı “İqtisadi, sosial, demokratik məsələlər və mədəniyyətlərarası dialoq” mövzusuna həsr olunan beynəlxalq konfransda iştirak etmək üçün noyabrın 3-dən 5-dək Macarıstanda olacaq. Modern.az Milli Məclisin mətbuat xidmətinə istinadən
xəbər verir ki, Azərbaycanın Macarıstandakı səfirliyinin təşəbbüsü və təşkilatçılığı ilə keçirilən tədbirdə deputatımız “Azərbaycan reallıqları bu gün” mövzusunda məruzə ilə çıxış edəcək. Tədbirə Azərbaycanın və dünyanın müxtəlif ölkələrinin nüfuzlu təşkilatlarının nümayəndələri də qatılacaqlar
.