Modern.az

Milli Məclis gələn ilin dövlət büdcəsinin müzakirəsinə başlayıb

Milli Məclis gələn ilin dövlət büdcəsinin müzakirəsinə başlayıb

3 Noyabr 2009, 11:54

Noyabrın 3-də Milli Məclisdə 2010-cu ilin dövlət büdcəsinin müzakirəsinə start verilib. Modern az xəbər verir ki, müzakirələrdə parlamentin 5 komitəsi iştirak edir. İclasda çıxış edən maliyyə naziri Samir Şərifov "Azərbaycan Respublikasının 2010-cu il dövlət büdcəsi haqqında” qanun layihəsinə dair izahat verib. O, bildirib ki, büdcə layihəsi ölkənin orta və uzunmüddətli prioritetlərini özündə birləşdirən dövlət proqramlarının maliyyə təminatı əsas götürülməklə, 2010-cu il və sonrakı üç il üzrə makroiqtisadi proqnoz göstəriciləri əsasında tərtib olunub.
Qeyd edək ki, "Azərbaycan Respublikasının 2010-cu il dövlət büdcəsi haqqında” qanun layihəsi Milli Məclisin n oyabrın 10, 11, 12 və 13-də keçiriləcək plenar iclasında çıxarılacaq.
2010-cu ilin dövlət büdcəsi zərfində gəlirlər 10 milyard 15 milyon manat, xərclər isə 11 milyard 264 milyon manat proqnozlaşdırılır.  

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?