Modern.az

İlham Əliyev məişət tullantılarının yandırılması zavodunun təməlqoyma mərasimində iştirak edib

İlham Əliyev məişət tullantılarının yandırılması zavodunun təməlqoyma mərasimində iştirak edib

3 Noyabr 2009, 12:40

Noyabrın 3-də Azərbaycan Prezidenti İlham Əliyev bərk məişət tullantılarının yandırılması zavodunun təməlqoyma mərasimində iştirak edib. Dövlət başçısına layihə əsasında məlumat verilib ki, bərk məişət tullantılarının toplandığı ərazidə - Balaxanı poliqonunda zavodun inşası üçün 20 hektar torpaq sahəsi ayrılıb. Zavodu tenderdə qalib gəlmiş Fransanın CNİM şirkəti inşa edəcək. Müəssisədə hər il 500 min ton tullantının emal edilməsi nəzərdə tutulur.
Tullantılar zavodda çeşidlənərək yandırılmaq və təkrar emal üçün ayrılacaq. Yandırılacaq tullantılardan ildə 231 min 500 meqavat elektrik enerjisinin alınması planlaşdırılır. Prezident İlham Əliyev kapsulu bünövrəyə buraxaraq, beton qarışığı tökən qurğunun düyməsini basıb. İnşaatçılara tövsiyə və tapşırıqlarını verən dövlət başçısı onlara uğurlar arzulayıb.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu