Modern.az

Türkiyə parlamentinin 11 deputatı həbs edildi

Türkiyə parlamentinin 11 deputatı həbs edildi

Aktual

4 Noyabr 2016, 09:18

Türkiyədə PKK-nın siyasi qanadı hesab edilən kürdyönümlü Xalqların Demokratik Partiyasının (HDP) üzvləri olan 11 deputat həbs olunub. Onların arasında HDP həmsədrləri Səlahəddin Dəmirtaş və Figen Yüksəkdağ da var.

Modern.az saytı “Anadolu” agentliyinə itinadən xəbər verir ki, toxunulmazlıq hüququnun ləğvi barədə Konstitusiyaya düzəliş qüvvəyə mindikdən sonra cinayət törətməkdə ittiham olunduqlarına görə dindirilməyə çağırılan, lakin məhkəməyə gəlməyən həmin deputatlarla bağlı əməliyyat keçirilib.

Polis S.Dəmirtaşı Diyarbəkirdə, F.Yüksəkdağı isə Ankarada saxlayıb. 

Saxlanılan 11 nəfər aşağıdakılardılr.


Ferhat Encü
Leyla Birlik
Selma Irmak
Abdullah Zeydan
Səlahaddin Dəmirtaş
İdris Baluken
Figen Yüksəkdağ Şenoğlu
Sırrı Sürəyya Öndər
Ziya Pir
Gülsər Yıldırım
Nursel Aydoğan.


HDP-li deputatlar terror təşkilatı PKK-nı dəstəkləməkdə ittiham olunurlar.

Türkiyə Daxili İşlər Nazirliyi bəyan edib ki, haqqında həbs qərarl çıxarılan digər HDP-li deputatlar Faysal Saryıldız, Tuğba Hezer Öztürk ölkə xaricindədirlər.

Barələrində saxlanılma əmri verilən digər iki HDP-li deputat İmam Taşçıyer və Nihat Akdoğana qarşı isə məhkəmə prosesi davam etdirilir.




Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar