Modern.az

Azərbaycanın xarici ölkələrdə ticarət nümayəndələri olacaq

Azərbaycanın xarici ölkələrdə ticarət nümayəndələri olacaq

4 Noyabr 2016, 12:27

Xarici ölkələrdə Azərbaycanın ticarət-iqtisadi nümayəndələri fəaliyyət göstərəcək.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, ixracın təşviqi məqsədi ilə bir sıra ölkələrdə diplomatik nümayəndəliklərin tərkibində Azərbaycanın ticarət-iqtisadi nümayəndələri fəaliyyət göstərəcək.

Bu prosesə öncə Azərbaycan şirkətlərinin daha çox maraq göstərdikləri, böyük idxal potensialı olan ölkələrdən başlanacaq. İlk növbədə Rusiya, Çin və Birləşmiş Ərəb Əmirliklərində ticarət-iqtisadi nümayəndələri təyin olunacaq.

 

Ticarət-iqtisadi nümayəndələrə Azərbaycanın həmin ölkələrdəki səfirliyinin əməkdaşının malik olduğu status veriləcək.

 

Gülşən RAUFQIZI

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir