Arxiv
3 Noyabr 2009, 16:20 | MEDİA
Jurnalistika dəbdən düşüb, yoxsa nüfuzdan?

Amerika cəmiyyəti arasında keçirilən bir sorğunun nəticəsində bu ölkədə jurnalistika dəbdən düşmüş sahə hesab edilib. Maraqlıdır,  hazırki mətbuat bolluğunda Azərbaycanda necə, jurnalistika dəbdən düşmüş sahə sayılmır ki? Modern.az bu suala bir sıra KİV nümayəndəsinin cavabını öyrənib.

“Media Forum” saytının müxbiri Könül Şamilqızının fikrincə, klassik jurnalistika heç vaxt dəbdən düşməyəcək: “Nəyin dəbdə olub-olmadığını müəyyənləşdirmək qəliz məsələdi. Çünki burda norma və dəyər yerində olmadığına görə, nəyinsə gerçək dəyərini də vermək mümkün deyil. Yəni hər kəs dəyərləri ürəyinin dərin qatlarında bəlkə bilir, amma bunu istifadə etmək bacarığına malik deyil. Ola bilər ki, sosial paylaşım sahələrinin, virtual məkanların və xalq jurnalistikasının paylaşım imkanları artıqca, klassik jurnalistikanın dəbdən düşməsini deyə bilərlər. Bu, sorğunun keçirildiyi məkan, ordakı insanların fikrincə belə ola bilər. Ümumi götürdükdə, mən hesab etmirəm ki, jurnalistika dəbdən düşmüş peşədir. Cəmiyyət normallaşmağa doğru getdikcə, jurnalistika sahəsi daha da inkişaf edəcək və dəbdə olacaq. Hər halda  mən özümü dəbsiz qələm sahibi hesab etmirəm”.

“Üç nöqtə” qəzetinin baş redaktor müavini  Şahin Əliyevin fikrincə jurnalistika həmişə dəbdə olacaq: “Ola bilər dövrdən-dövrə, zaman keçdikcə materialların yerləşdirilməsinə, yaxud  hansısa janra münasibət dəyişsin. Ümumilikdə jurnalistikaya isə münasibət heç vaxt dəyişməyəcək və bu sahə həmişə dəbdə olacaq”.

“Türküstan” qəzetinin baş redaktoru Aqil Camal da Azərbaycanda jurnalistikanın dəbdən düşəcəyini gözləmir: “ABŞ sosioloqlarının əldə etdikləri nəticəni bütün dünyaya şamil etmək olar. Amma məncə burada bir qədər konkretliyə varmaq lazımdır. Dəbdən düşən jurnalistika deyil, jurnalist ixtisası üzrə təhsildir. Çünki praktika göstərir ki, ali jurnalist ixtisasına yiyələnmədən də, bu sahədə çalışıb uğurlar qazanmaq olar.  Bu gün Azərbaycan mediasına nəzər yetirdikdə, jurnalist ixtisaslı kadrların çox aşağı faiz təşkil etdiyini görərik.

Eyni zamanda jurnalistika sahəsinə gələnlərin ildən-ilə azalması da faktdır. Bunun səbəbi bir tərəfdən mediadakı maddi vəziyyətin cəlbedici olmamasıdır. Necə təsəvvür edirsiniz, bu gün Azərbaycanda gömrük, vergi kimi sahələrdə olan məvacib jurnalistika sahəsində olsa, bu sahəni dəbdən düşmüş saymaq olarmı? Digər tərəfdən texniki inkişaf və internetin mövcudluğu media kollektivlərində təbii ixtisarlara səbəb olur. Məsələn, mənim də bir vaxtlar çalışdığım “Azadlıq” qəzetində əgər 10-12 il əvvəl 60-70 nəfər çalışırdısa, indi eyni işi 10-15 adam görür.

Bu baxımdan, jurnalistika sahəsini dəbdən düşmüş saymaq olmaz. Sadəcə bu sahədə bir komplektləşmə var. Axı dünyanın informasiya ilə nəfəs aldığı bir zəmanədə bu “nəfəsi” istehsal edən sahə necə dəbdən düşə bilər?”.

“525”-ci qəzetin redaktoru Yaşar Əliyev jurnalistikanın nüfuzunun aşağı düşdüyünü deyir: “Jurnalistika elə bir sahədir ki, cəmiyyət üçün həmişə lazımdır. Çünki jurnalistika olmazsa, nə ölkə, nə siyasət, nə mədəniyyət, nə də idman idarə oluna bilər. Bir sözlə bütün sahələrin kökü jurnalistika ilə bağlıdır. Yəni onunla idarə olunur. Sovet dövründə ictimai fikir çox böyük önəm kəsb edirdi. Ancaq bunu indi demək mümkün deyil. Təəssüf ki son dövrlərdə Azərbaycanda jurnalistikanın ictimai nüfuzu aşağı düşüb. Bu da cəmiyyətlə bağlı bir şeydir”.

“Azadlıq” qəzetinin əməkdaşı Gültəkin Knyazqızının qənaətincə də jurnalistika nüfuzdan düşüb: “İnkişaf etmə səviyyəsindən asılı olmayaraq heç bir ölkədə jurnalistika  dəbdən düşmüş sahə deyil. Çünki jurnalistika bütün cəmiyyət üçün lazımdır. Əgər insanlar varsa, həyat varsa və hadisə baş verirsə, mütləq jurnalistika orda var. Cəmiyyəti jurnalistikasız təsəvvür etmək mümükün deyil. Bu sahənin dəbdən düşməsini iddia etmək məncə yalnış fikirdir. Ancaq Azərbaycanda indi süni qəzet bolluğu yaranıb. Bu da təbii ki, qəzetləri gözdən salır və mətbuatın zədələnməsinə gətirib çıxarır. Məncə, jurnalistika dəbdən deyil, ola bilsin ki, nüfuzdan düşmüş olsun”.

“Ayna” qəzetinin əməkdaşı Xaqani Səfəroğlu bildirib ki, jurnalistika ən dəbli sahələrdən biridir: “ Jurnalistika Amerikadan fərqli olaraq Azərbaycanda perspektivli və prestijli sahələrdən biridir. Bu yaxınlarda bir şirkətin keçirdiyi rəy sorğusunun nəticəsində Azərbaycanda jurnalistika, vergi və gömrük ən dəbdə olan peşələr sırasında qeyd olunub. Ancaq bu gün jurnalistlərin ağır maddi durumda olduğunu da qeyd etmək lazımdır. Fikrimcə, bu sahə hələki Azərbaycanda dəbdən düşmüş sayılmır”.

 

Günay MUSAYEVA

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Fransanın məşhur “AGORA VOX Le media citoyen” informasiya portalında Qarabağla bağlı məqalə dərc olunub 24 Oktyabr 2020, 16:49 Ağlını itirmiş rəhbər və ya Paşinyanın “parkinson xəstəliyi” 24 Oktyabr 2020, 16:44 Xarkov vilayətində Azərbaycanın Milli Qəhrəmanı Ruslan Polovinka yad edilib 24 Oktyabr 2020, 16:36 Düşmən növbəti itkilərinin sayını açıqladı - SİYAHI 24 Oktyabr 2020, 16:33 Müdafiə Nazirliyindən yayılan saxta videolarla bağlı AÇIQLAMA 24 Oktyabr 2020, 16:31 “Bu səhər İlham Əliyevlə danışdım” - Ərdoğan 24 Oktyabr 2020, 16:25 Şəhid hərbçilərin və həlak olan mülki şəxslərin kreditləri TAM SİLİNDİ 24 Oktyabr 2020, 16:19 Düşmənin məqsədi ordumuzun Ermənistan ərazisinə atəş açmağa təhrik etməkdir - Hikmət Hacıyev 24 Oktyabr 2020, 16:16 Düşmənin növbəti PUA-sı məhv edildi 24 Oktyabr 2020, 16:10 Ordu irəliləyir, Prezident müjdələr verir, üzümüz gülür... 24 Oktyabr 2020, 16:03 Serbiyanın “Natsionalna TV” kanalında ölkəmizdən danışılıb 24 Oktyabr 2020, 15:57 Ordumuz Qubadlıda düşmənin döyüş təyarəsini MƏHV ETDİ 24 Oktyabr 2020, 15:50 Baş Prokurorluqdan hərbçilərin videosunu paylaşanlara XƏBƏRDARLIQ 24 Oktyabr 2020, 15:42 Azərbaycanda yaşanan işğal faktorunun arxasında Fransa da var - Ərdoğan 24 Oktyabr 2020, 15:35 Azərbaycanda daha 792 nəfər koronavirusa yoluxdu - 8 nəfər öldü 24 Oktyabr 2020, 15:28 Bayrağımız Şuşada dalğalancaq! - VİDEO 24 Oktyabr 2020, 15:20 Azərbaycan öz torpaqlarını geri almağa başlayıb - Ərdoğan 24 Oktyabr 2020, 15:12 Mətbuat Şurası beynəlxalq təşkilatlara müraciət etdi 24 Oktyabr 2020, 15:05 İranda koronavirusdan ölənlərin sayı 32 mini ötüb 24 Oktyabr 2020, 14:58 ABŞ-da döyüş təyyarəsi qəzaya uğrayıb 24 Oktyabr 2020, 14:50 Adil Qeybulla: "Məğlubiyyət ermənilərə güclü psixoloji təsir edir" 24 Oktyabr 2020, 14:42 Təhsil naziri erməni terrorunun qurbanı olan şagirdlərdən YAZDI 24 Oktyabr 2020, 14:35 Dağlıq Qarabağda referendum heç vaxt olmayacaq 24 Oktyabr 2020, 14:27 Şəmkirdə yaşayan erməni qadın danışdı - VİDEO 24 Oktyabr 2020, 14:20 Xilaskar ƏSGƏRİM 24 Oktyabr 2020, 14:13 Ermənistandan Laçın və Qubadlı raket atəşinə tutulur - Müdafiə Nazirliyi 24 Oktyabr 2020, 14:06 “Çəkilən videoları yaymaq əvəzinə Müdafiə Nazirliyinə təhvil vermək daha faydalıdır” - Deputat    24 Oktyabr 2020, 14:00 Düşməndən növbəti etiraf: “Azərbaycandan çox geri qalmışıq” 24 Oktyabr 2020, 13:55 Yaponiya noyabrda təxirə salınan olimpiadaların bilet pulunu qaytara bilər 24 Oktyabr 2020, 13:50 Bakıda mənzildən 30 min manatlıq oğurluq olub 24 Oktyabr 2020, 13:42 Əkrəm İmamoğlu koronavirusa yoluxub 24 Oktyabr 2020, 13:35 Azərbaycan nefti yenidən ucuzlaşdı 24 Oktyabr 2020, 13:29 Düşmən terroru nəticəsində 8 şagird həlak olub, 16-sı yaralanıb 24 Oktyabr 2020, 13:22 Goranboyda evin həyətinə düşüb partlamayan erməni raketi - FOTO 24 Oktyabr 2020, 13:15 “Ermənistan Azərbaycan torpaqlarının qanunsuz işğalına son qoymalıdır” - Türkiyə MN 24 Oktyabr 2020, 13:07