Modern.az

Türkiyədə İŞİD əleyhinə keçirilən əməliyyatda 25 nəfər saxlanılıb

Türkiyədə İŞİD əleyhinə keçirilən əməliyyatda 25 nəfər saxlanılıb

25 Noyabr 2016, 21:56

Türkiyədə İŞİD əleyhinə keçirilən əməliyyat zamanı saxlanılanlar var. Modern.az saytı Türkiyə mediasına istinadən xəbər verir ki, keçirilən əməliyyat zamanı 25 nəfər saxlanılıb. Belə ki, İstanbul Polis İdarəsinin Terrorla Mücadilə Şöbəsi tərəfindən Qaziantepdə, Şanlıurfada və Aydında İŞİD üzvü olmaqda şübhəli bilinən 25 nəfər saxlanılıb.

Onlardan 12-si Rusiya, 2-si Özbəkistan, 2-si Azərbaycan və 1-si Tacikistan vətəndaşlarıdır. Saxlanılanlardan çoxlu sayda silah, müxtəlif hərbi formalar, ağrıkəsici və narkotik tərkibli dərmanlar, müxtəlif dillərdə yazılmış təşkilati sənədlər müsadirə edilib.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi