Modern.az

Paytaxt sakini zəhərlənərək ölüb

Paytaxt sakini zəhərlənərək ölüb

25 Noyabr 2016, 22:11

Paytaxtda 23 yaşlı oğlan bədbəxt hadisə nəticəsində dünyasını dəyişib. Modern.az saytı xəbər verir ki, lent.az-ın məlumatına görə, hadisə Xəzər rayonunda qeydə alınıb. Belə ki, rayon sakini yaşayan 1993-cü il təvəllüdlü Bənicəlali Sənan Əliağa oğlu 3 saylı Şəhər Klinik Xəstəxanasında vəfat edib. Şok vəziyyətində reanimasiyaya yerləşdirilən gəncin həyatını xilas etmək mümkün olmayıb.

 

S.Bənicəlalinin zəhərləndiyi ehtimal edilir. Bildirilir ki, bir neçə gün əvvəl o, Maştağadakı 1 nömrəli Ruhi-Əsəb Dispanserində müalicə olunubmuş. Faktla bağlı araşdırma aparılır.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?